Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:56
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

13:53 15.1.2016

Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulub

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, tutulan polis işçiləri - FüzuliRayon Polis Şöbəsinin əməkdaşı Samir Məhərrəm oğlu Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin Vidadi oğlu İsmayılovdur.

Onlar ötən gün həbs edilən Füzuli rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Şakir Hacıyevin kürəkənləridir.

Adıçəkilən şəxslərin hamısı yanvarın 13-də Füzuli rayonunda baş verən hadisələrlə bağlı tutulublar.

Son günlər Füzuli, Siyəzən və digər rayonlarda keçirilən icazəsiz aksilayarla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanılıb, 60-a yaxın şəxs saxlanılıb.

13:39 15.1.2016

Oscar mükafatına namizədlər

88-ci "Oscar" Akademiya Kino Mükafatlarınıntəqdimat mərasimi fevralın 28-də Hollivudda keçiriləcək. Nominantların adları bu gün açıqlanıb.

"The Revenant" filmindən görüntü

"The Revenant" (Diriliş) filmi 12 nominasiya üzrə irəlidədir. Onun ardınca 10 nominasiya üzrə namizədliyi irəli sürülmüş "Mad Max: Fury Road" (Dəli Maks: Hirsli Yol) filmi gəlir.

2016-cı il "Oscar"ının qalibləri aşağıdakı nominantlar arasından seçiləcək:

Ən yaxşı rejissor

Ən yaxşı rejissor mükafatına namizədlər
Ən yaxşı rejissor mükafatına namizədlər

Alejandro G Inarritu - "The Revenant" filminə görə

Tom McCarthy - "Spotlight" filminə görə

Adam McKay - "The Big Short" filminə görə

George Miller - "Mad Max: Fury Road" filminə görə

Lenny Abrahamson - "Room" filminə görə

13:30 15.1.2016

Bakıda dollar növbələri

13:29 15.1.2016

Tacikistan da monarxiya olmaq istəyir?

Tacikistan parlamenti prezidentliyə namizədlərin yaş senzinin azaldılmasına dair qanunvericilik təşəbbüsünə başlayıb.

Müşahidəçilər bildirirlər ki, konstitusiyaya ediləcək dəyişikliklər prezident Emomali Raxmonun oğluna növbəti prezident seçikisində iştirak etmək hüququ verəcək.

Davamı

XS
SM
MD
LG