ƏDV-ni belə ləğv etmək olmaz
İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə: «Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub».
İqtisadçı ekspert Toğrul Qalibin fikrincə, məsələnin iqtisadi tərəfi bir yana, amma həmin qərarın hüquqi əsası yoxdur. Onun sözlərinə görə, əvvəllər belə hallar tez-tez olur və unun qiyməti qalxınca bu addım atılırdı: «Ancaq hər şey qanunvericilik çərçivəsində olurdu»
Qalib Toğrul bu il yanvarın 1-dən ƏDV-dən azadolmaların Vergi Məcəlləsi ilə tənzimləndiyinə diqqət çəkir: «Vergi Məcəlləsinin 164-cü maddəsinə ƏDV-dən azadolmaya dair dəyişiklik üçün o dəyişiklik mütləq Milli Məclisdə müzakirə olunmalı, sonra prezident təsdiq etməlidir»
Mahmudov-Çovdarov qruplaşması Azərbaycanı saxta dərmanla doldurub?
virtualaz.org saytı yazır ki, «Alfa med» firmasının qeydiyyatsız dərmanların satışını təşkil etdiyi üçün bu günlərdə həbs olunan rəhbərlərinin MTN-dəki mütəşəkkil qruplaşma ilə ortaqlığı üzə çıxıb:
«Həmin firmanın əsl sahibi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və onun «kassir»i, general Akif Çovdarovun çirkli biznesini idarə edənlərdən biridir. Bu şəxsin adı Ədalət Ramazanovdur. O, MTN-dəki bandanın zərərsizləşdirilməsi əməliyyatı başlayandan az sonra ölkəni tərk edib. Media icmalı
Bu günki AzadlıqLive-da:
Hətta indiki böhranda da ayrıseçkilik - Neft Fondunun dolları əsasən iki banka satılıb - Paşa Banka və Beynəlxaq Banka. İqtisadçı Samir Əliyev onu da deyir ki, Neft Fondunun imkanları da məhduddur, bir aya uzaq başı 500 milyon satacaq
Bakıda mağazalar, restoranlar, maşın salonları bağlanır. İqtisadçı Natiq Cəfərli deyir ki, alıcılıq qabiliyyəti düşür, ona görə ticarət zəifləyir
İqtisadçı Oqtay Haqverdiyev isə deyir ki, hökumət anti-böhran proqamı hazrlayır, kardinal dəyişiklik olacaq
Neft Fondunun dolları əsasən iki banka satılıb
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyir ki, dollarla bağlı ölkədə yaranmış vəziyyətə Neft Fondunun müdaxiləsi yerinə düşür: “Neft Fondu 32 banka ümumilikdə 200 milyon dollar satıb. Bazarı tam təmin etməsə də bu, indiki dövrdə Mərkəzi Banka bir dəstəkdir”.
Samir Əliyev hesab edir ki, ilk baxışdan orta hesabla hər banka 6,25 milyon dollar düşməsi, bank sektorunun 2/3-sinin dollar satışından yararlanması təsəvvürü yaranır:
“Ancaq belə deyil, həmin vəsait əsasən iki banka - Beynəlxalq Bank və Paşa Banka satılıb. Yerdə qalan banklara çox cüzi pay düşüb. Təəssüf ki, ölkə iqtisadiyyatındakı ayrı-seçkilik Neft Fondunun da fəaliyyətinə sirayət edib. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditləri də, bir qayda olaraq, məhdud sayda banka nəsib olur. Eyni banklar eyni mənbələrdən faydalanırlar”.