Eiraza niyə qalxırlar? - "Dolanışıq, çörək yoxdur"
Yanvarın 13-də Füzuli və Ağsu rayonlarında da etirazlar haqda xəbərlər yayılıb
“Dolanışıq, çörək yoxdur. Camaat bahalığa, işsizliyə, unun, ərzağın qiymətinin qalxmasına etiraz edir. Bu gün də daxili qoşunları, texnikanı yeridiblər, həbslər var. Rayonda belə bir vəziyyətdir”.
Siyəzən rayon sakini Mərdan Mehdiyev deyir ki, camaat dolanışığın çətinliyinə etiraz edib, ancaq həbslərlə qarşılaşıb.
Müsavat başqanı “Bandotdel”dən xəbərdarlıq alıb
Yanvarın 13-də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan Müsavat başqanı Arif Hacılı qurumdan çıxandan sonra AzadlıqRadiosuna müsahibə verib:
– Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla söhbətimizin əsas mövzusu son günlər bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı oldu. Mənə bildirildi ki, bu aksiyaların təşkilində Müsavat partiyası iştirak edir. Mən də bildirdim k, Müsavat partiyası qanunvericiliyə uyğun fəaliyyət göstərir, hər hansı aksiya keçirərsə, bununla bağlı rəsmi müraciət edir. Bütövlükdə, məni ora dəvət etməkdə məqsəd son günlərdə keçirilən aksiyalarla bağlı partiya başqanı kimi mənə xəbərdarlıq etmək idi.
Füzulidə aksiya
Yanvarın 13-də Füzuli rayonunun Bala Bəhmənli kəndində də bahalaşma və işsizliyə etiraz olaraq aksiya keçirilib.
Azad Cəfərov: “Bütün əmanətlərin qorunmasını, məbləğdə maksimal limitin qaldırılmasını istəyirik”
Əmanətlər Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov qanunvericiliyə hazırladıqları təkliflərlə bağlı AzadlıqRadiosuna müsahibə verib:
– Biz təklif hazırlamışıq ki, qorunan əmanətlərdə faiz dərəcəsi ləğv edilsin, differensial sistemə keçirilsin.
– Bunun hansı üstünlükləri olacaq?
– Mövcud faiz dərəcəsinə görə bəzi əmanətçilərin əmanəti sığortalanmır. Risklər əmanətçinin üzərində qalır. Biz də təklif edirik ki, differensial sistemə keçilsin və bu zaman banklar risklərə görə qiymətləndiriləcək və faiz dərəcəsinə görə məsuliyyəti banklar daşıyacaq.
– Bu, banklarda əmanət qoyuluşunu artıra bilərmi?
– Bu gün əlimizdə ötən ilin son 9 ayının nəticəsidir. Bu nəticəyə görə də banklarda 7.3 milyard manatlıq əmanət var. Onun 5 milyard manatlıq hissəsi qorunur. Əgər təklifimiz qəbul olunsa, o zaman bütün əmanətlər sığortalanacaq. Bizim daha iki təklifimiz də var. Krediti və zəmanəti olanlarla bağlı.