İqtisadçı yanacağı ucuzlaşdırmağı təklif edir
İqtisadçı Samir Əliyev yanacağın qiymətinin salınmasını təklif edir. O, sosial şəbəkədən hökumətə müracaiət edir ki, hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər: “Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər.
Məlumat üçün bildirim ki, bizimlə yaxın iqtisadiyyata Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ -95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir."
BP Azərbaycanda 50 işçisini çıxardıb?
“APA-Economics”in əldə etdiyi məlumata görə, BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat verib.
“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə “APA-Economics”ə məlumatı təsdiqləməyib.
Ermənistanda donuz qripindən 9 adam ölüb
Ermənistanda "donuz qripi"ndən 9-cu ölüm faktı qeydə alınıb. “news.am” saytının verdiyi xəbərə görə, “Surb Grigor Lusarovic” xəstəxanasında 50 yaşlı kişi ölüb. Xəstəxanadan bildirilib ki, xəstədə H1N1 virusu aşkarlanıb və o, süni tənəffüs aparatına qoşulub.
Ermənistan Səhiyyə Nazirliyi isə ölkədə "donuz qripi"nin olmasını faktını təkzib edir.
Obama: “3-cü Dünya Müharibəsinə ehtiyac yoxdur”
Yanvarın 12-də ABŞ Prezidenti Barack Obama sonuncu illik çıxışını edib. Deyib ki, Amerikanın beynəlxalq səhnədə zəifləməsi, İslam Dövləti (İD) silahlı qruplaşmasını çökdürmək üçün böyük müharibənin labüdlüyü barədə Respublikaçı tənqidçilər yanılırlar.
“Adamlar liderlik üçün Moskvaya və ya Pekinə baxmırlar, bizi çağırırlar”, Obama Konqresdə deyib.
Prezidentliyə bəzi respublikaçı namizədlər İD-ə qarı sərt tədbirlər tələb edirlər, silahlı qruplaşmanın İraq və Suriyada tutduğu ərazinin bombalanmasına çağırırlar.
“Onlara nə istəyirsiz deyin, qatillər, ya fanatiklər. Onları izləmək, köklərini kəsmək, məhv etmək lazımdır”, Obama deyib.
Obama deyib ki, Konqres İD-nin məhvi barədə ciddi düşünürsə, ona qruplaşma ilə vuruşmaq üçün səlahiyyət verən qətnamə qəbul etməlidir.