Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:51

Skype, WhatsApp danışıqları yasaqlanır? [video]


WhatsApp və Skype-la Azərbaycana niyə zəng etmək olmur?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

WhatsApp və Skype-la Azərbaycana niyə zəng etmək olmur? [A-Live]

Son bir neçə gündür xaricdə yaşayanlar obrazlı desək, Azərbaycandakı doğmalarının üzünə həsrət qalıblar.

Görüntülü danışıq proqramları - Skype, WhatsApp-da səsli və görüntülü zənglər etmək qeyri mümkün olub. Amma ölkə daxilində onlar işləkdir.

Son bir ildir ki, Kanadada yaşayan Şəhla Əliquliyeva deyir ki, bütün cəhdləri uğursuz alınır:

"Son bir neçə gündür, hər iki tərəfdən olan zənglərdə səs qırılır və danışmaq mümkün olmur".

Buna da bax:​ WhatsApp mobil ödəmələrə imkan yaradacaq

Şəhla Əliquliyeva deyir ki, bu hadisə onda qorxu yaradıb ki, birdən bu proqramlar Azərbaycanda birdəfəlik bloklanar.

Əslində nə baş verir? Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu haqda susur - Gün ərzində sorğumuza cavab verən olmadı.

Ölkənin ən iri internet provayderlərindən biri - Delta telekom-dan rəsmi cavab ala bilmədik, amma adının çəkilməsini istəməyən bir əməkdaşı əmindir ki, maneə onlar tərəfdən törədilməyib.

Azercell” telefonlarımıza cavab vermədi, “Bakcell”dən isə bildirirlər ki, müraciəti araşdıracaqlar.

Buna da bax:​ Ən təhlükəsiz mesencer hansıdır?

Multimedia Texnologiyaları Mərkəzinin prezidenti Osman Gündüz istisna etmir ki, bu, milli təhlükəsizlik məsələsidir. İslam Oyunlarına görə, təhlükəsizlik gücləndirilib:

İnternet Forumunun prezidenti Osman Gündüz
İnternet Forumunun prezidenti Osman Gündüz

"Daha çox təhlükəsizliklə bağlı məsələyə oxşayır. Hökumət qlobal resursların trafikinə nəzarət edə bilmirlər. İslam Həmrəylik Oyunları da dünyanın diqqət mərkəzindədirsə, ola bilər ki, hansısa terrorçu qurumların diqqət mərkəzindədir. Trafikə də nəzarət olmayanda, terrorçular da bu trafikə nəzarət etmədiyindən, güman ki, son hədd kimi buna məhdudiyyət qoyulub. Əlbəttə, bu, istənilən halda informasiya münasibətinin məhdudlaşdırılmasıdır".

Osman Gündüz başqa bir məqama da diqqəti çəkir. Deyir ki, oyunlar keçirildiyi üçün internet provayder yüklənə bilər.

Buna da bax: Messencer yazışmalarına müdaxilə üzərində iş gedir

Bakıda internetin sürətinin zəifləməsi haqqında məlumatlar var. Osman Gündüz deyir ki, “Delta Telecom”un beynəlxalq operatorlar qarşısında borcu var, bu haqda şirkət özü Azərbaycan İnternet Forumuna müraciət edib. Borc ona görə yaranıb ki, yerli provayderlər ona olan 30 milyon dollara qədər borcu ödəyə bilmirlər. Onun fikrincə, şirkət bu səbəbdən trafiki azaltmaq məcburiyyətində qalıb.

Bir çox media müdafiə təşkilatları üçün internet təhlükəsizliyi üzrə məsləhətçi kimi çalışan Alexandr Şlyapujnikov isə AzadlıqRadiosu-na müsahibəsində deyir ki, zəngləri texniki olaraq həm mobil operatorlar, həm də internet provayderləri blok edə bilər. Alexandr Şlyapujnikov istifadəçilərə çıxış yolu təklif edir:

“VPN proqramlar, VİBER, TELEGRAM, LİNE kimi proqramlardan istifadə etməklə səsli danışmaq mümkündür”.

Buna da bax:​ Rusiyada Viber, WhatsApp və Telegram yasaqlana bilər

Osman Gündüz hesab edir ki, İslam Oyunlarından sonra danışıqlar yenidən bərpa oluna bilər. Onun fikrincə, hökumət öz beynəlxalq imicinə görə, Whatsapp, Skype kimi proqramları bloklamaq kimi qərar verməz.

İslam Oyunları mayın 12-də başlayıb, 22-ə qədər davam edəcək.

Buna da bax:

Skype, WhatsApp zənglərində problem varmı?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG