Keçid linkləri

2026, 23 Aprel, cümə axşamı, Bakı vaxtı 21:50

Məktəbin qəzalı vəziyyətini paylaşan AXCP üzvü həbs edilib

Yaşar Qasımov
Yaşar Qasımov

Bir neçə gün öncə Xaçmaz rayonunun Ağatala kəndindəki məktəb binasının qəzalı vəziyyətdə olması barədə görüntülər paylaşan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Yaşar Qasımov inzibati qaydada 5 sutka həbs edilib.

AXCP-dən verilən məlumata görə, onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

Məlumatı rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Rəsmi statistikaya görə, hazırda ölkədə 400-ə qədər qəzalı məktəb binası var.

Elm və təhsil naziri Emin Əmrullayev 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı bildirmişdi ki, son beş ildə bu cür binaların sayı 2.5 dəfə azalıb: "Növbəti altı-yeddi il ərzində qəzalı məktəb probleminin tamamilə və ya əsaslı şəkildə həlli planlaşdırılır. Təkcə 2025-ci ildə 47 təhsil müəssisəsində tikinti-quraşdırılma işləri aparılıb, onlardan 20-nin tikintisi başa çatıb".

Xatırlatma

Son illərdə AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Partiya bu həbsləri siyasi fəaliyyətlə əlaqələndirir.

Hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycan həbsxanalarında hazırda 300 civarında siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG