Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Avqust, bazar, Bakı vaxtı 21:33

Çində WhatsApp-ı da blokladılar


whatsapp

Çində WhatsApp qismən bloklanıb. İstifadəçilər WhatsApp-la foto və video yollaya bilmədiklərini deyirlər, bəzi hallarda isə mətn yollamaqda da problem yaşanır. WhatsApp nümayəndəliyi hələ ki, durumla bağlı açıqlama verməyib.

“The New York Times” yazır ki, bloklamaya dair qərar Çin Kommunist partiyasının növbəti qurultayı ilə bağlıdır. Qəzet onu da qeyd edir ki, WhatsApp-ın fəaliyyətinin məhdudlaşdırılması Nobel mükafatı laureatı hüquq müdafiəçisi Liu Siaobo-nun ölümünün sosial şəbəkələrdə geniş müzakirəsi ilə də bağlı ola bilər. Çin hökuməti ölən hüquq müdafiəçisi barədə sosial şəbəkələrdə yayılan bütün xəbərləri sildirir.

WhatsApp Amerika şirkəti Facebook-a aiddir. Bu günədək bu şəbəkənin Çində istifadəsi mümkün olan yeganə xidməti idi. 2009-cu ildə ölkədə Facebook-a, 5 il sonra isə Istagrama qadağa qoyulub.

Çində internet ciddi senzura altındadır. Ölkədə Google, Youtube vəTvitterə giriş də yasaqdır.WhatsApp yeganə xidmət idi ki, əhali cinayət məsuliyyətindən ehtiyat etmədən bu xidmət vasitəsilə yazışırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG