Keçid linkləri

2026, 11 Fevral, çərşənbə, Bakı vaxtı 01:51
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

Bakıdan öncə Yerevanda olan ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanla nüvə əməkdaşlığı sazişi imzalayıb. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

20:02

Vens: 'Münaqişə olan yerdə əmin-amanlıq yaranacaq'

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib ki, üç şəxs tarixi sülhü yaratdı: "Bu ölkənin prezidenti, Ermənistanın baş naziri və, əlbəttə, ABŞ prezidenti birgə işləyərək əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar"

Vitse-prezident vurğulayıb ki, əvvəllər yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Onun fikrincə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha böyük sülhə və əmin-amanlığa aparacaq: "ABŞ-nin iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar".

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Ötən altı ay ərzində iki ölkə arasında müəyyən iqtisadi əlaqələr bərpa olunub.

19:53

Vens: 'Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var'

Cey Di Vens və İlham Əliyev mətbuata bəyanatınla çıxış ediblər
Cey Di Vens və İlham Əliyev mətbuata bəyanatınla çıxış ediblər

Ceyms Devid Vens belə bir düşüncəsini dilə gətirib ki, prezident Trampın və prezident Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq: "Burada - Azərbaycanda danışmaq və elan etmək üçün çox məsələlər var... Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır".

Əliyev isə vurğulayıb ki, onlar müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırlar: "Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var".


19:47

Əliyev: 'Böyük şərəfdir'

İlham Əliyev qeyd edib ki, onlar üçün "dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir".

AZƏRTAC-ın xəbərinə görə, Ceyms Devid Vens də öz növbəsində deyib ki, bu, ABŞ üçün çox uzunmüddətli, çox mühüm tərəfdaşlıq və dostluqdur: "Bəlkə də, çoxları bilmir, amma Əfqanıstandan çıxan son ölkələrdən biri Azərbaycandır. Onlar dünya səviyyəsində terrorçuluğa qarşı aparılan mübarizəyə çox böyük dəstək verdilər”

Əliyevin sözlərinə görə, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur: "Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik...".

19:26

Əliyev: 'Tramp-Vens administrasiyasına olduqca minnətdarıq'

Prezident İlham Əliyev Bakıda ABŞ vitse-prezidenti Cey Di Vens ilə görüşüb.
Prezident İlham Əliyev Bakıda ABŞ vitse-prezidenti Cey Di Vens ilə görüşüb.

"Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür.". AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında söyləyib.

"Altı ay əvvəl prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır", - o əlavə edib.

Davamı

XS
SM
MD
LG