Keçid linkləri

2026, 11 Fevral, çərşənbə, Bakı vaxtı 03:29
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.
Cey Di Vens və İlham Əliyev ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmış nüsxələrini nümayiş etdirirlər.

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzaladı

Bakıdan öncə Yerevanda olan ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistanla nüvə əməkdaşlığı sazişi imzalayıb. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

19:16

Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası imzalayıb

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi keçirilib.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və ABŞ vitse-prezidenti Ceyms Devid Vens imzalayıb.

17:36

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycana səfərə gəlib

Vitse-prezident Cey Di Vens artıq Bakıdadır. Onu Heydər Əliyev adına aeroportda baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıb. C.D.Vensin maşın karvanı Zuğulbadakı prezident sarayına yollanıb. Onun prezident İlham Əliyevlə görüşəcəyi, daha sonra geniş formatda görüş keçiriləcəyi gözlənilir.

16:22
16:15

Vens Bakıda erməni məhbusların məsələsini qaldıracağını deyir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistandan Azərbaycana yola düşüb. O, Zvarnots aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Sülh Şurası ilə bağlı deyib ki, gələn həftə keçiriləcək iclasda iştirak edəcək və bu qurum "BMT qədər vacibdir".

"Fikrimcə, elə bir infrastruktur yarada bilər ki, gələcək illərdə bir çox davamlı sülh razılaşmalarına gətirib çıxarsın", – Vens Sülh Şurası barədə deyib.

Fevralın 19-da Vaşinqtonda prezident Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası keçiriləcək.

Azərbaycanda erməni məhbusların məsələsini qaldırıb-qaldırmayacağına dair suala cavabında isə "Bu, mütləq baş verəcək" deyib.

Yanvarın 14-də Bakıda saxlanılan dörd məhbus Ermənistana qaytarılıb. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun saxlanıldığını deyir. Qarabağdakı keçmiş separatçı qurumun təmsilçiləri və onlarla mühakimə edilənlərdən ibarət 16 nəfər də bu siyahıya aid edilir. Terrorçuluq, soyqırımı, işgəncə və digər maddələrlə təqsirli bilinən həmin şəxslərdən beşinə ömürlük, 10-na 20 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar ittihamları qəbul etməyib bəraət istəmişdilər.

Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan isə ayrılıqda mühakimə edilir.

Davamı

XS
SM
MD
LG