Keçid linkləri

2026, 10 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:39
Vensin gəlişini Ermənistanda necə yozurlar...
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Vensin gəlişini Ermənistanda necə yozurlar...

Canlı ABŞ və Ermənistan nüvə əməkdaşlığı sazişi imzalayıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistan və Azərbaycana səfəri başlayıb. O, fevralın 10-11-də Bakıda olacaq. Açıqlandığına görə, Azərbaycana və Ermənistana səfər prezident Donald Trampın sülh səylərinin, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) təşviqinə yönəlib.

18:26

Vens-Paşinyan görüşü başlayıb

Yerevanda Prezident Sarayına gedən yolun kənarında bəzi etirazçılar yığışıb. Onların qaldırdığı plakatlarda "Tələ, yoxsa TRIPP?", "Syunik satılmır" şüarları yazılıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensi qırmızı və qızılı xalça üzərində baş nazir Nikol Paşinyan qarşılayıb. Onlar əl sıxsalar da, hər hansı açıqlama verməyiblər.


17:46

Cey Di Vens Yerevana çatıb

Cey Di Vens ailəsi ilə birlikdə Yerevanda təyyarədən enir
Cey Di Vens ailəsi ilə birlikdə Yerevanda təyyarədən enir
16:11

Azərbaycanda siyasi məhbus sayılan şəxslər Tramp Administrasiyasına üz tutub

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin bir qrupu ABŞ prezidenti Donald Tramp Administrasiyasına və bu ölkənin konqresmenlərinə müraciət edərək onların məsələlərinə diqqət göstərilməsini istəyiblər.

Onların vurğulamasına görə, "Cənubi Qafqazın ən avtoritar ölkəsi" olan Azərbaycanda son illər insan hüquqları total şəkildə pozulur, jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, tənqidçi akademiklər və müxalif siyasi liderlər əsassız ittihamlarla həbs edilib.

"ABŞ-nin yaranma fəlsəfəsinin əsas prinsiplərindən və xarici siyasətinin prioritetlərindən biri də dünyada insan azadlıqlarını, demokratik dəyərləri müdafiə etməkdir. Ona görə də ABŞ-nin Belarus və Venesueladakı siyasi məhbuslarla bağlı təcrübəsinə istinad edərək Sizi Azərbaycandakı insan hüquqları ilə bağlı vəziyyəti diqqətdə saxlamağa, əməli addımlar atmağa çağırırıq", - müraciətdə bildirilir.

16:03

Konqresmen Vensi Azərbaycanda vicdan məhbuslarının azadlığa çıxması üçün səy göstərməyə çağırır

ABŞ Konqresinin aparıcı üzvü ölkənin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri zamanı rəsmilərlə görüşlərində vicdan məhbuslarının azadlığa buraxılması üçün səy göstərməyə çağırıb. Nümayəndələr Palatasının üzvü, palatanın Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri, demokrat Ceyms Makqovern fevralın 6-da vitse-prezidentə ünvanlandığı məktubu dövlət katibi Marko Rubioya da göndərib.

Konqresmen məktubunda Tramp administrasiyasının strateji diplomatiyasının siyasi məhbusların azadlığa çıxmasında uğur qazandığını vurğulayır, Belarusda Sergey Tixanovskinin, Ales Belyatskinin, Mariya Kalesnikovanın adlarını çəkir.

"ABŞ Dövlət Departamentinin insan haqları hesabatlarında Azərbaycan hökumətinin acınacaqlı insan hüquqları göstəriciləri sənədləşdirilib. Azərbaycana səfəriniz və vəzifənizin imkanlarından yararlanaraq vicdan məhbuslarının azadlığa buraxılmasına çalışmağa çağırıram", – məktubda deyilir.

Davamı

XS
SM
MD
LG