Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 17:54

Venesuela ABŞ prezidentinin bəyanatını 'ağılsızlıq' adlandırıb


Venesuela sakinləri ərzaq dalınca Kolumbiyaya axışır
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Venesuela sakinləri ərzaq dalınca Kolumbiyaya axışır

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes ABŞ prezident Donald Trump-ın son bəyanatını "ağılsızlıq" adlandırıb.

Trump deyib ki, ABŞ Venesueladakı proseslərə müdaxilə edə bilər, hətta hərbi müdaxilə variantı da istisna deyil.

Trump avqustun 11-də deyib ki, "Venesuelada vəziyyət təhlükəli həddə çatıb, insanlar ölürlər".

Onun sözlərinə görə, Venesuelaya qarşı hərbi müdaxilə variantı da istisna deyil, "ABŞ-ın dünyanın bir çox ucqar nöqtələrində qoşun hissələri var, Venesuela isə çox yaxındadır."

Neftin qiyməti kəskin düşdüyü üçün Venesuela iqtisadiyyatı böhran içindədir.

Bundan başqa son aylarda hökumətə qarşı etiraz aksiyalarında 120-dən çox insan ölüb.

Müxalifət Konstitusiya Assambleyasının yaradılmasına etiraz edir.

Gözlənilir ki, assambleya Ana yasaya dəyişiklik edəcək, beləcə müxalifətin nəzarətində olan parlamentin səlahiyyətlərini azaldacaq.

Bundan əvvəl Venesuela prezidenti Nicolas Maduro Donald Trump-la telefonla danışmaq istəyib, amma Ağ evdən "yox" cavabı alıb.

Buna da bax: Venesuela yenə qarışdı

Venesuela yenə qarışdı
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG