Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Vəkillər Kollegiyasından ‘siyasi məhbus’ siyahısı açıqlaması


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Bugünlərdə "Vahid siyasi məhbus siyahısı" açıqlandı. Siyahını hazırlayan İşçi Qrup-un hesabatında ölkədə vəkillərə qarşı təzyiqlərdən, siyasi motivlərlə həbs olunmuş şəxslərin hüquqi müdafiəsində çətinliklər yaranmasından da söz açılırdı.

Siyahını yayan bir sıra media orqanlarında onu hazırlayan İşçi Qrupdakı şəxslərin kimliyi də yer almışdı. Onların arasında vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev də vardı.

Bununla əlaqədar Vəkillər Kollegiyası açıqlama yayıb.

Kollegiya bu hesabatı onun ünvanına atılmış böhtan kimi qiymətləndirir:

"Vəkillər Fariz Namazlı və Əsabəli Mustafayev Vəkillər Kollegiyasının Rəyasət Heyətinə yazılı müraciət ediblər. Onlar İşçi Qrupun üzvü və hesabatın həmmüəllifləri olmadıqlarını bildiriblər. Qeyd ediblər ki, hesabatda onların imzaları da yoxdur. Vəkillər Kollegiyası hesabat müəlliflərinə qəti etiraz etməklə bu cür qanunsuz və saxta üsullara son qoymağa çağırır".

Buna da bax: Azərbaycanda neçə siyasi məhbus var? Yeni siyahı açıqlanıb

Vəkil Fariz Namazlı AzadllqRadiosu-na bildirib ki, o, İşçi Qrupun üzvü deyil və adı müəyyən media orqanlarında yanlış olaraq yer alıb.

Fariz Namazlı
Fariz Namazlı

Əsabəli Mustafayev də AzadlıqRadiosu-na sözügedən qrupa üzv olmadığını söyləyib. Əlavə edib ki, vəkil obyektivlik baxımından o qrupun üzvü ola da bilməz:

"Burada maraqların toqquşması var. Mənim hüquqlarını müdafiə elədiyim adamdan söhbət gedirsə, mən artıq o işdə bir tərəf oluram. Mən öz müvəkkilimin mövqeyindən çıxış edəcəm. Ona görə də vəkilin o qrupa üzv olması qaydalara ziddir".

Vəkillərin sözlərinə görə, İşçi Qrup öz təşəbbüsüylə səhvə yol vermiş media orqanlarına müraciət edib və onların adları siyahıdan çıxarılıb.

Əsabəli Mustafayev, Bakı, 14 yanvar 2012
Əsabəli Mustafayev, Bakı, 14 yanvar 2012

Xatırlatma

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun sentyabrın 1-də yaydığı məlumata görə, Azərbaycanda 130 siyasi məhbus var, həmin şəxslərin siyasi motivlərlə həbs olunduğu təsbit edilib.

Hakimiyyəti rəsmiləri isə ölkədə siyasi məhbus olması fikri ilə razılaşmırlar. Onlar deyirlər ki, Azərbaycanda düşüncələrinə, siyasi mənsubiyyətinə görə heç kim həbs edilmir. Hakimiyyətdəkilərin fikrinə görə, adları siyasi məhbus siyahısında yer alan insanlar törətdikləri əməllərlə bağlı məsuliyyətə cəlb ediliblər.

Bir neçə siyasi məhbus sayılan şəxsin hüquqlarının pozulduğunu Avropa İnsan Hüquqları Məhkəməsi də tanıyıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG