Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:17

Deputat: 'Vətəndaş yazıq günə qaldı'


Fazil Mustafa
Fazil Mustafa

«Mən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna dəyişiklikləri əsassız saymışam və indi də həmin fikirdəyəm. Parlamentdə də bunun əleyhinə səs vermişəm».

Bunu deputat Fazil Mustafa söyləyib. Onun fikrincə, bu addım vətəndaşın məhkəmə çəkişmələrində hüququnun zəiflədilməsi deməkdir:

«Kasıb təbəqə 20-30 manat həcmində müqavilə bağlamaqla məhkəmə proseslərində nümayəndə vasitəsilə hüquqlarını qoruya bilirdi. İndi ondan da məhrum oldu».

F.Mustafa bu dəyişiklikləri olduqca təhlükəli addım kimi dəyərləndirir. Onun fikrincə, əgər bu sahədə müəyyən problemlər var idisə, bunu qanunvericilik yolu tənzimləmək mümkün idi. Amma nümayəndəlik institutunu məhdudlaşdırmaq düzgün deyil:

***Buna da bax-Deputat: 'Təcili şəkildə vəkillərin sayını artırmaq lazımdır...'

«İndi isə Vəkillər Kollegiyasının 800-900 vəkili ilə vətəndaşların məhkəmələrdə hüquqlarını müdafiə etmək sadəcə mümkün deyil. Buna 5 min nəfərə yaxın vəkil lazımdır və arada vətəndaş müdafiəsi baxımından yazıq günə qaldı».

XATIRLATMA

Prezident İlham Əliyev noyabrın 7-si «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri təsdiqləyib.

Parlament ötən həftə bu dəyişiklikləri qəbul etmişdi. Bu dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

***Buna da bax-Narazı hüquqşünaslar etiraz aksiyalarına başlamaq qərarı verib

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib keyfiyyətli müdafiə həyata keçirə bilməməsi və vətəndaşların aldadılması hallarını göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.

Parlamentdə dəyişiklik layihəsinin qəbulundan öncə Praktik Hüquqşünaslar Qrupu hökumətə bir sıra təkliflər təqdim etmişdi. Əsas təklif bu idi ki, mülki işlər və inzibati mübahisələr üzrə nümayəndəliyi həyata keçirmək səlahiyyəti alitəhsilli hüquqşünaslara aid olmalıdır. Təklif olunurdu ki, notariuslar məhkəmə işləri üzrə etibarnamə verərkən, nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, diplomunun surətini də tələb etsin.

Təklifləri nəzərə alınmayan hüquqşünaslar indi isə mitinq keçirmək qərarına gəliblər. Bundan ötrü şəhər rəhbərliyinə də müraciət edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG