Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 09:10

'Son bir ildə ölkədə anormal məzənnə rejimi mövcud idi'


Valyuta dəyişmə (karikatura)

Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin qəbulu ilə üzən məzənnə məsələsi yenidən gündəmə gəldi. Sənəddə qeyd olunur ki, 2017-ci ildə tam üzən məzənnə rejiminə keçiləcək. Təbii, suallar yaranır - Tam üzən məzənnə nə deməkdir? İndiyə kimi olan məzənnənin adı nə idi?

Əslində, çaşqınlığa səbəb Azərbaycan Mərkəzi Bankının (AMB-nin) açıqlamalarıdır. AMB ötən il bəyanat vermişdi ki, «Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib».

Buna da bax-Elman Rüstəmov tam üzən məzənnədən danışdı

Bu qərardan bir neçə gün sonra, yanvarın 8-də AMB banklara göndərdiyi məktubda nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutaların mübadilə məzənnəsi hədlərini həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/-4% məbləğində müəyyən edildiyini bildirdi. Üzən məzənnə rejimində məzənnə valyuta bazarında tələb-təklif əsasında, heç bir müdaxilə olmadan formalaşır. Marja qoyulmasını ekspertlər üzən məzənnə rejiminə uyğun olmadığını dedilər. Sonralar AMB idarəolunan məzənnə rejiminin mövcudluğundan danışdı. Üzən-tənzimlənən rejimdə isə məzənnə, əsasən, tələb-təklif əsasında müəyyən edilsə də, mərkəzi banklar kəskin tərəddüdləri əngəlləməkdən ötrü aktiv fəaliyyət göstərir.

AMB sədri bu günlərdə dedi ki, bu ilin əvvəlindən artıq üzən məzənnə rejimi fəaliyyət göstərir: «Bunu təsdiqləyən fakt odur ki, artıq AMB fevraldan bazarda öz valyutasını satmır».

Əkrəm Həsənov
Əkrəm Həsənov

«MARJA MƏHDUDİYYƏTİ GÖTÜRÜLSƏ…»

Bank məsələləri eksperti Əkrəm Həsənovun sözlərinə görə, son bir ildə ölkədə anormal məzənnə rejimi mövcud idi: «Bir tərəfdən, üzən məzənnə elan olunmuşdu, amma banklara 4 faizlik marja məhdudiyyəti də qoyulmuşdu. Deməli, üzən deyildi. Yəni, yenə də AMB-nin rəsmi məzənnəsi həlledici idi. Amma həmin məzənnə ilə də AMB banklara yetərincə valyuta satmır. Deməli, fiks məzənnə rejimi də yoxdur. Bir sözlə, xaotik bir vəziyyətdir, adı da yoxdur heç».

Buna da bax-'Tam üzən məzənnəyə keçid mümkün deyil'

Ekspert əlavə edir ki, bankların valyuta əməliyyatları üzrə marja məhdudiyyəti götürülsə, üzən məzənnəyə doğru yolun başlandığını söyləmək olar: «Bu halda da, təbii, AMB bazara müdaxilə edəcək və etməlidir də. Bunu nadir hallarda və qismən etsə, deməli, həqiqətən üzürük. Tez-tez və iri məbləğlərlə etsə, deməli, tam üzmürük yenə də. Amma sonuncu variant inandırıcı deyil, çünki AMB-nin o qədər valyutası yoxdur. Deməli, əsas məsələ indi elə marja məsələsidir».

LİBERAL MƏZƏNNƏYƏ KEÇİD NƏ ZAMAN OLMALI İDİ?

İqtisadçı-ekspert Vüqar Bayramov isə hesab edir ki, manatın liberal üzən məzənnə rejiminə keçidi xeyli yubandı: «Əslində, AMB 2014-cü ilin sonu və ya ən geci 2015-ci ilin əvvəllərində üzən məzənnə rejiminə keçməliydi. Baş bank prosesi yubatdı və nəticədə ötən müddətdə rezervlərinin 75 faizini itirdi, 16 milyard dollardan 4 milyarda düşdü, intervensiya imkanları məhdudlaşdı».

Onun fikrincə, ötən iki il ərzində AMB-nin əsas siyasəti manatın sterilizasiyası ilə milli valyuta bazasını azaltmaq oldu: «Bu müddətdə, hər zaman qeyd etdiyim kimi, bu, doğru siyasət deyildi. Bununla manatın məzənnəsini optimallaşdırmaq mümkün deyildi. Təəssüf ki, iki il müddətində AMB mövcud siyasəti davam etdirdi və bazarın liberallaşdırılması istiqamətində, demək olar ki, addımlar atmadı».

XS
SM
MD
LG