Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:11

'Tam üzən məzənnəyə keçid mümkün deyil'


Natiq Cəfərli
Natiq Cəfərli

Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmovun manatın 2017-ci ildə tam üzən məzənnəyə keçməsi ilə bağlı bəyanatı iqtisadçılar arasında birmənalı qarşılanmayıb.

İqtisadçı Natiq Cəfərli deyib ki, dünyada tam və natamam üzən məzənnə anlayışı yoxdur.

«Əslində heç bir fərqi yoxdur. Onun bəyanatı o deməkdir ki, MB valyuta ehtiyatını hərraca çıxarmayacaq», - deyə o bildirib.

Buna da bax-'Hakim elita zərəri kasıb təbəqəyə ödətdirir'

Onun deməsinə görə, bundan sonra da manatın məzənnəsi inzibati yolla müəyyən ediləcək.

«MANATIN MƏZƏNNƏSİ BİR HƏRRACDA 20 DƏFƏ DÜŞƏ BİLƏR, AMMA...»

«Üzən məzənnə üçün institusional əsas yoxdur. Bunun üçün qiymətli kağızlar bazarı, valyuta birjası lazımdır. Rusiyada 11 minədək şirkət valyuta hərracında dollar təklif edir və qiymət tələblə təklif əsasında formalaşır. Bizdə isə iki subyekt var: Neft Fondu və MB», - deyə o bildirib.

N.Cəfərli qeyd edib ki, Neft Fondu hərracda 50 milyon təklif edir, tələb isə 500-600 milyon dollardır. Demək, manatın məzənnəsi bir hərracda 20 dəfə düşə bilər. Amma bu, baş vermir, çünki məzənnə inzibati yolla müəyyən edilir.

Samir Əliyev
Samir Əliyev

«ÖLKƏNİ DOLLARLA TƏMİN EDƏCƏK KANALLAR QURULMAYINCA...»

«Elman Rüstəmovun bəyanatı o deməkdir ki, 2017-ci ildə manat sürətlə qiymətdən düşəcək. Amma hakimiyyət kəskin devalvasiyaya getmir. Çünki bu proses bank sektorunu çökdürə bilər», - deyə o bildirib.

Buna da bax-'Yol xəritəsi': 'Vəziyyətdən çıxmaq üçün 27 milyard lazımdır'

Digər iqtisadçı Samir Əliyev də hesab edir ki, yaxın dövrdə Azərbaycanda tam üzən məzənnəyə keçid mümkün deyil. Azərbaycan iqtisadiyyatının mövcud durumu ölkəni neftdən kənar dollarla təmin edəcək durumda deyil.

«Hələlik iqtisadiyyatın neftdən asılılıq səviyyəsi yüksəkdir və məzənnənin də sərbəst buraxılması məsələsi çətinləşir. Ona görə də, Azərbaycanda ölkəni dollarla təmin edəcək kanallar qurulmayınca, tam üzən məzənnəyə keçid mümkün olmayacaq», - deyə S.Əliyev qeyd edir.

Ötən ilin dekabrın 21-də baş verən devalvasiyadan sonra Azərbaycanda üzən məzənnə rejiminə keçildiyi bildirilmişdi. Ancaq müstəqil iqtisadçılar üzən məzənnə rejiminə keçildiyi ilə bağlı fikirləri qəbul etmir, manatın inzibati yollarla qorunduğunu açıqlayırdılar.
Strateji Yol Xəritəsində isə 2017-ci ildə tam üzən məzənnə rejiminə keçiləcəyi qeyd edilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG