Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 09:17

Eldar Sabiroğludan prezidentə: 'Edəcəyinizi etmisiniz'


Eldar Sabiroğlu

“Artıq iş-işdən keçib. Edəcəyinizi etmisiniz. Bundan sonra, nəyə görəsə ehtiyatlanmağa lüzum görmürəm. Onsuz da ən böyük pisliyi edərək oğlum Rüfət Səfərovun günahsız yerə 9 il azadlıqdan məhrum edilməsinə hökmü məhkəmənin yox, Sizin verdiyiniz düşünürəm. Buna heç bir şübhəm yoxdur”.

Həbsdəki sabiq müstəntiq Rüfət Səfərovun atası Eldar Sabiroğlunun prezident İlham Əliyevə açıq məktubunda belə yazılır.

İstədiyiniz vaxt mənim də qollarımı qandallaya bilərsiniz.

E.Sabiroğlu ölkə başçısına xitabən vurğulayır ki, nifrətiniz sonsuzdur.

“İxtiyar Sizin əlinizdədir. İstədiyiniz vaxt mənim də qollarımı qandallayıb oğlum Rüfətin yanına göndərmək imkanına maliksiniz. Ədalət, qanun Sizin şəxsi qənaət və qərarlarınızdan sonra gələn anlayışlardır. Bu, sözlərin altını çəkəcəyimə inanın ki, hazıram. Sizdən artıq hər şeyi görə bilərəm”.

Buna da bax:​ Atası keçmiş müstəntiqin həyatına təhlükədən danışır

E.Sabiroğlu vurğulayır ki, həbsdəki oğlu azad sözə, özgür fikrə arxalanaraq qanunsuzluqlara səsini ucaldıb.

“Bəlkə cənab prezident, ölkənin talanmasında, rüşvətxorluğun və insanların qanını zəli kimi soran korrupsiyanın çiçəklənməsində Rüfətin hansısa bağışlanmaz bir rolu olub, indiyəcən cəmiyyət bundan xəbər tutmayıb? Bəlkə keçmiş müstəntiq dövlətə qarşı hər hansı silahlı üsyana hazırlaşırmış? Oğlum bu yolların və digər çirkin işlərin sahibi olmayıb. Onun üzünə öyrədilmiş, yalançı şahidləri-vəzifəli şəxsləri qoyaraq cinayət məsuliyyətinə cəlb ediblər”, deyə qeyd edən E.Sabiroğlu oğlunun məhkəməsində yaşananları nəql edib.

Tənqid edənlərə ikrahla yanaşmayın.

Buna da bax:​ Rüfət Səfərov: 'Azad Azərbaycanı qura biləcəyik'

O, ölkə başçısını tənqidçilərə dözümlə yanaşmağa çağırıb.

“Axı siz dövlətin başında duran adamsınız. Hamı sizi tərifləməz ki! Tənqid edənlərə ikrahla yanaşmayın. Onlara yaxın durun”.

E.Sabiroğlu məktubunda 1997-ci ildə “İlham Əliyev böyük siyasətə hazırdır” başlığı ilə ”Frans-Press” agentliyinə verdiyi müsahibəni, həmin müsahibə ilə bağlı İ.Əliyevlə xatirəsini də bölüşüb.

“Milli Məclisin foyesində məni gülər üzlə qarşılayıb təşəkkürünüzü bildirdiniz. Qoltuq cibinizdən çıxararaq Heydər Əliyevin qucağında təzəcə dünyaya gəlmiş balaca Heydər və xanımınız Mehriban Əliyevanın görüntüsü olan bir şəkil verdiniz. Dediniz ki, bu şəkli sənə əziz xatirə kimi təqdim edirəm”…

E.Sabiroğlu məktubun sonunda “Gəncliyə rəhminiz gəlsin”, deyə qeyd edir.

Buna da bax:​ 'Siz bir insanların düşüncəsinə hakim kəsilən qorxunun miqyasına baxın'

XATIRLATMA

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də ölkədə qanunsuzluqların baş verdiyini bildirərək, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Ötən il yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

2016-cı il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Eldar Sabiroğlu hakim Yeni Azərbaycan Partiyasına ilk qoşulanlardır. Keçmiş deputat yaxın illərə qədər Müdafiə nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG