Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:13

Hacı Zamin: ‘Həkim dedi, səni bu cür zəif gözlə hərbi hissəyə necə göndəriblər?’


Zamin Hacı
Zamin Hacı

Təxminən eyni vəziyyət 17 il öncə mənim də başıma gəlmişdi. Hərbi komissarlığa sifariş necə verilmişdisə, gözüm zəif görsə belə, məni cəbhə bölgəsinə göndərmişdilər...’

“Bu hadisə hakimiyyətin orduya cəza yeri kimi, sanki bir həbsxana kimi baxdığını göstərir. Kimini həbs edirlər, kimini də orduya göndərirlər. Bu yolla fəal gəncləri, fəal insanları cəmiyyətdən təcrid etməyə çalışırlar”

Köşə yazarı Zamin Hacı oktyabrın 27-də NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənlinin hərbi xidmətə aparılması haqda danışarkən belə söyləyir.

Buna da bax:​ NİDA-çı gəncin cəbhə bölgəsinə aparıldığı deyilir

Zamin Hacı: “Hakimiyyət yenə də orduya cəza yeri kimi baxır”

Hərəkatdan bildirirlər ki, revmatizm və böyrək ağrılarından əziyyət çəkən Ülvi Həsənlinin 2019-cu ilədək möhlət hüququ olub. Ancaq oktyabrın əvvəlində onu yenidən hərbi komissarlığa dəvət ediblər. Müayinəyə gedən gənc fəalın xəstəxanadan N saylı hərbi hissəyə aparıldığı bildirilir.

Hacı Zamin
Hacı Zamin

NİDA Vətəndaş Hərəkatı gənc fəalın səhhətindəki problemlərə baxmayaraq hərbi xidmətə aparılmasını siyasi fəaliyyəti ilə əlaqələndirir.

Deputat: “Hər hansı həkimin belə riskin altına girməsi inandırıcı deyil”

“Xəstə adamı heç kim hərbi xidmətə aparmaz, axı. Lap elə siyasi sifariş olsa belə. İndi bu, çox böyük problemlər yaradır”, – millət vəkili, vaxtilə siyasi fəaliyyətinə görə hərbi xidmətə aparıldığını bildirən Fazil Mustafa indi Ülvi Həsənliylə bağlı bu deyilənlərə şübhəylə yanaşır.

O, səhhətində problem olan şəxsin hərbi xidmətə aparılmasını “risk” adlandırır və hər hansı həkimin bu cür riskin altına girməsini inandırıcı saymır.

Fazil Mustafa
Fazil Mustafa

Deputat deyir ki, möhlət hüququ verilən şəxs illik müayinədən keçirilməlidir. Onun qənaətincə, ola bilsin, təkrar müayinədən sonra həkimlər təhlükə olmadığını aşkarlayıblar:

Buna da bax:​ Vəkil: ‘Ülvi Həsənliyə qarşı qeyri-insani, alçaldıcı rəftara yol verilib’

“Görünür, növbəti müayinədə xəstəlik əlamətləri aradan qalxıb, səhhəti düzəlib. Mən mahiyyəti bilmədiyim üçün bir söz deyə bilmərəm. Başqa halda heç kim risk altına girib xəstə adamı əsgərliyə yollamaz. Bu gün əsgərlikdə ölən, başına bu cür iş gələn insanlara görə məsuliyyəti həkimlər daşıyırlar”.

Bir neçə il öncəyə kimi Azərbaycanda siyasi baxışına görə hərbi xidmətə aparıldığını iddia edənlər az olmayıb. Buna görə beynəlxalq qurumlar hakimiyyəti vaxtaşırı tənqid ediblər.

Deputat Fazil Mustafa bu iradlarla razılaşır, özünün də, köşə yazarı Zaminin Hacının da məhz siyasi hakimiyyəti tənqid etdiklərinə görə cəbhə xəttində hərbi xidmət keçdiklərini söyləyir:

Buna da bax:​ Mehman Əliyev: 'Demirəm ki, səhvim olmayıb'

“Təbii ki, bizim əsgər aparılmağımız siyasi motivli idi. Amma bizi həkim komissiyasından keçiriblər. Hər hansı xəstəlik aşkarlanmayıb. Amma bu adamda xəstəlik aşkarlanıbsa, o həkimlərə problem yaradacaq. Məndə də xəstəlik olsaydı, kiminsə bu sənədə imza atması problem yaradardı”.

Zamin Hacı: “Həkimin biri o birinə dedi ki, bu həmin oğlandır”

Zamin Hacı isə gözündə problem olmasına rəğmən əsgər aparıldığını, həkimlərə bununla bağlı tapşırıq verildiyini bildirir: “Təxminən eyni vəziyyət 17 il öncə mənim də başıma gəlmişdi. Hərbi komissarlığa sifariş necə verilmişdisə, gözüm zəif görsə belə, məni cəbhə bölgəsinə göndərmişdilər. Pərdənin arxasında iki həkimin söhbəti indiyə kimi yadımdadır. Özü də rusca danışırdılar, hesab edirdilər ki, mən bunu başa düşməyəcəm. Həkimin biri o birinə dedi ki, bu, həmin o oğlandır”.

Buna da bax:​ 'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

Köşə yazarı hərbi xidmət zamanı başına gələn bir əhvalatı da bölüşür: “Gözümdəki problemlə bağlı hospitala müraciət etdim. Göz həkimi dəhşətə gəlmişdi, ‘Səni bu cür zəif gözlə dağın başındakı hərbi hissəyə necə göndəriblər? Sən piyada qoşunlarında xidmət etməli deyilsən’ demişdi. Mənə bir sənəd yazdı ki, bu adam qarovul xidmətinə çıxmamalıdır və s. Mən sənəd əlimdə cəbhə xəttinə gəldim, ona baxan tabor komandirimizi gülmək tutdu, ‘Bəs yaxşı, səndən necə istifadə edim’ deyə sual etdi. O sənədə əsasən mən tərxis olunmalıydım. O da soruşurdu ki, ‘bu sənədlə sənin burda nə işin var?’ Dedim ki, ‘onu müdafiə naziri Səfər Əbiyevdən soruşun’. İndi də nazir Zakir Həsənovdan soruşmaq lazımdır ki, ‘bu hərbi xidmətə yararlı olmayan gənc Ülvi Həsənli ilə neyləmək istəyirsən?’ Sən generalsansa soruşmalısan ki, ‘bunu mənim tabeliyimə niyə göndəririsiz, bu adam sabah necə xidmət edəcək?’ Biabırçı haldır. Deyiləsi söz də yoxdur”.

Zamin Hacının fikrincə, Ülvi Həsənlinin bu şəkildə əsgər aparılması qanunsuzdur. İkincisi də, hakimiyyətin ordu quruculuğu, patriotizmlə bağlı apardığı təbliğatı heçə endirir. “Adama deyərlər ki, ordu belə qiymətli qurumdursa, hökumət orduya xalqı qoruyan qurum kimi baxırsa niyə xəstə, yararsız adamları əsgər aparırsan?”, – köşə yazarı deyir.

Buna da bax:​ Cərimələrdən Prezident Aparatının işçilərinə nə qədər düşür

Deputat Fazil Mustafa hesab edir ki, bu məsələdə şübhə varsa, müstəqil həkimdən də rəy almaq, diaqnozla bağlı ortaya sənəd qoymaq mümkündür.

Rəsmi qurumlar Ülvi Həsənlinin hərbi hissəyə aparılmasının siyasi fəaliyyəti ilə əlaqələndirilməsinə, hələlik, münasibət bildirməyib.

NİDA Hərəkatı ictimai-siyasi fəal gənclərin birliyidir.

Təşkilatın manifestində bildirilir ki, məqsədləri hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsidir.

Təşkilatın bir neçə üzvü hazırda həbsdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG