Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Ukrayna ‘təcavüzkar’ Rusiyadan vaksin almayacaq


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna hökuməti “təcavüzkar” ölkələrin vaksinlərinin qeydiyyatını qadağan edib.

Kiyev 2015-ci ildən məhz Rusiyanı belə adlandırır.

Hökumət bu qərarı fevralın 8-də qəbul etsə də, açıqlamanı fevralın 10-da verib.

Qərarda deyilir ki, hökumət “COVID-19 kəskin tənəffüs xəstəliyini törədən SARS-CoV-2 koronavirusuna qarşı vaksinlərin və ya başqa immunbioloji preparatların Verxovna Rada tərəfindən təcavüzkar kimi tanınmış ölkələrdən alınmasını qadağan edir”.

“Ukraynalılar dəniz donuzcuğu deyillər”

Rusiya vaksinindən mümkün istifadə barədə suala cavab verərkən prezident Volodimir Zelenski ötən həftə demişdi ki, “ukraynalılar təcrübə üçün istifadə olunan dəniz donuzcuqları deyillər”.

O əlavə etmişdi ki, hökumət “xalq üzərində belə sınaqların keçirilməsinə yol verə bilməz”.

Moskva və Kiyev arasında münasibətlər 2014-cü ildə Moskva Krım yarımadasını ilhaq etdikdən və Ukraynanın şərqində separatçı münaqişəni qızışdırdıqdan sonra korlanıb.

Bundan əvvəl prezident Zelenski hökumətin yarıtmaz vaksinasiya planını tənqid etmişdi.

Prezident deyib ki, ölkədə vaksinasiyanın ilk fazasına bu ayın sonlarında başlanacaq. Hərçənd Ukrayna hələki bir doza da olsun vaksin almayıb.

24 min ölüm

Fevralın 10-da Ukrayna Səhiyyə Nazirliyi bildirmişdi ki, Çinin Sinovac Biotech şirkəti öz vaksininin bu ölkədə qeydiyyata alınması üçün rəsmən müraciət edib.

Kiyev bundan əvvəl Çindən 1.9 milyon doza vaksin almağa hazır olduğunu bildirmişdi.

Zelenski ötən həftə demişdi ki, onun hökuməti Hindistanın Serum şirkətindən və COVAX proqramından 20 milyon doza vaksin almağa razılıq verib.

Prezident əlavə etmişdi ki, 2022-ci ilin əvvəlinədək 41 milyonluq əhalinin yarısı peyvəndlənəcək.

Ukrayna habelə Pfizer, AstraZeneca və Novavах şirkətlərindən vaksin alacağını bildirmişdi.

Fevraın 11-ə olan məlumata görə Ukraynada indiyədək 1.2 milyon nəfər koronavirusa yoluxub.

Onlardan 24 mini vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG