Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Ukrayna ilə qondarma respublikaların sərhədində yaşananlar


Foto arxiv
Foto arxiv

Uzun növbələr, halı pisləşənlər, pensiya dalınca bir saatlıq yolu 12 saata qət edənlər

Cirrentime tv-nin əməkdaşları Ukrayna ilə qondarma respublikaların sərhədində baş verənlərlə bağlı reportaj hazırlayıb. http://www.currenttime.tv/a/27943519.html

Müəlliflər reportaja təsvirlə başlayırlar. Qondarma respublikaların yaratdığın “bufer zonalar” uzun növbələr və insanların orda saatlarla gözləməsinə səbəb olur. Sakinlər evlərinə və ya Ukraynaya pensiya dalınca getmək üçün bir neçə buraxılış məntəqəsindən keçməli olurlar.

BİRİNCİ BURAXILIŞ MƏNTƏQƏSİ

“Gedək, baba, gedək... Bir, iki, üç...” – bu sərhəd xəttinin adlamağın birinci mərhələsidir.

Neytral zona. Burda özünü “DXR” və “LXR” adlandıran “respublikalar”ın sakinləri toplaşırlar. Artıq bir buraxılış mərhələsi arxada qalıb. İndi isə ikinci buraxılış məntəqəsinə gedə bilməkdən ötrü avtobus növbəsinə dayanmaq gərəkdir. Həmin buraxılış məntəqəsinə gedə bilmək üçün isə nə az, nə çox 15 kilometr məsafə qət etməlisən.

Bu da son deyil. Hələ bundan sonra da yenidən bir neçə saat növbədə durmalısan, sərhədçilər sənədləri və baqajı yoxlayanadək səbrlə gözləməlisən.

SƏRHƏDÇİILƏR: “TƏHLÜKƏSİZLİK ÜÇÜNDÜR”

“Blokpostları tez-tez ora-bura tərpədirlər. Bir avtobus bura qədər gətirir, indi başqa birinə minib yoluna davam etməlisən. İndi o birinə çatmaq üçün hələ yarım kilometr də getməliyik”, - Aleksey danışır.

Hərbçilərin dediklərinə görə, bu addımlar təhlükəsizlik baxımından atılıb, məqsəd də yoxlamadan keçməmiş texnikanın bir yerdə cəmləşməsinin qarşısını almaqdır.

“Əvvəllər bufer zonasına 150 nəqliyyat vasitəsi buraxılırdısa, indi maksimum 30 nəqliyyat vasitəsi ola bilər. Bu daha təhlükəsizdir, çünki nəzarət altında olmayan ərazilərdə sistematik şəkildə atışmalar davam edir”, - Ukrayna sərhəd qoşunlarının kapitanı Sergei Vasivin deyir.

“AYDA BİR DƏFƏ GEDİB EVİMİ YOXLAYIRAM”

Svetlana ayda bir dəfə bax bu cür yolçuluğa çıxır. Separatçıların nəzarət altında saxladığı Qorlovkadan hələ bir il əvvəl çıxıb. İndi də hər ay gedib evinə baş çəkir ki, hər şey yerindədirmi.

“Bu gün Qorlovkadan getmək lap çətin olub. Nə vaxtsa növbədə dörd saat gözləyirdim. “DNR”-in buraxılış məntəqəsində keçən dəfə altı saat gözlədim. Yol ortalama 12 saat vaxtını alır”, - Qorlovka sakini Svetlana şikayətlənir. Halbuiki əvvəllər bu yolu ən uzağı bir-iki saata qət edirmişlər...

Növbəyə duranlar açıq səma altında gözləyirlər. Çoxunun halı pisləşir. Ancaq deyirlər ki, getməsələr heç olmaz, çünki pensiyalarını Ukrayna ərazisində alırlar.

“Bax, biz indi getmişdik k, pensiyamızı versinlər. Biz dörd ay gözləmişik, dolanmaq üçün olan bütün pulumuz qurtarıb. Biz yola çıxmazdan qabaq da pul yığırıq, yol çox pul aparır. Ordan borc al, burdan al... İndi yeməyə də bir şey qalmayıb”, - Luqansk sakini Lyubov danışır.

Sərhədçilərin sözlərinə görə, sakinlərin sərhəddən buraxılma prosedurunu sadələşdirmək və ya tezləşdirmək mümkün deyil, buna görə də “LXR” və “DXR” sakinləri müharibə bitməyənə qədər yollarda çox vaxt itirəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG