Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Fevral, bazar, Bakı vaxtı 09:17

Erməni əsilli Rusiya vətəndaşı məhkəmədən bəraət istəyir


İllüstrasiya

Bakıda həbs edilən Rusiya vətəndaşı Marat Ueldanov məhkəmədən ona bəraət verilməsini istəyir. M.Ueldanovun vəkilləri Bakı Apellyasiya Məhkəməsinə şikayət ediblər.

Məhkəmədən “Turan” Agentliyinə bildiriblər ki, apellyasiya şikayətində aşağı məhkəmənin hökmünün ləğv edilməsi tələb olunub.

Şikayətdə qeyd olunur ki, Marat Ueldanova irəli sürülmüş narkotik ittihamı ümumiyyətlə qondarma olub. Müdafiə tərəfinin bildirməsinə görə, birinci məhkəmə instansiyasında cinayət işinə baxılarkən əslində təqsirləndirilən şəxsin günahkar olması təsdiqini tapmayıb. Məhkəmədən cinayət işinə xitam verilməsi istənilir.

Şikayət icraata qəbul edilib. Bakı Apellyasiya Məhkəməsi avqustun 9-da şikayətə mahiyyəti üzrə baxmağa başlayacaq.

Buna da bax: Moskva erməni əsilli vətəndaşlarının Azərbaycana buraxılmamasına etiraz edir

Marat Ueldanov 2016-cı il iyulun 8-də həbs olunub. Onun həbsindən sonra bacısı Marianna Mirzoyan iddia edib ki, qardaşı erməni əsilli olduğuna görə saxlanıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub".

Bu il aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Marat Ueldanovun 8 il həbs edilməsinə dair hökm verib.

Ueldanov CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə suçlanır. Ancaq o, məhkəmədə heç bir təqsirinin olmadığını, şərləndiyini, cibinə narkotiki başqa şəxslərin qəsdən atdığını bildirmişdi.

Şahidlər isə onun söylədiklərinin əleyhinə ifadə vermişdilər. Onlardan Nicat Həsənov ifadəsində demişdi ki, "Boulevard" hoteldə birgə işləyiblər və Marat Ueldanovun başqalarına narkotik təklif etməsinin şahidi olub.

Buna da bax: Lapshin İsrailə ekstradisiya olunmasını istəyir

Günün bütün mövzuları

XS
SM
MD
LG