Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 22:27

Lapshin İsrailə ekstradisiya olunmasını istəyir


Bloqqer Alexander Lapshin

Həbsdəki bloqqer Alexander Lapshin Azərbaycan Ədliyyə nazirliyinə müraciət edərək İsrailə ekstradisiya olunmasını xahiş edib.

Bunu bloqqerin vəkili Eduard Chernin deyib.

Vəkil bloqqer barəsindəki məhkəmə hökmünün, hələlik, qüvvəyə minmədiyini yada salıb. Avqustun ortalarında hökmün qanuni qüvvəyə minəcəyin bildirən vəkil A.Lapşinin İsrailə verilməsinin mümkünlüyünü istisna etməyib. Ancaq müraciətə, hələlik, rəsmi cavab verilməyib.

Buna da bax:​ Alexander Lapshin İsrailə verilə bilər

Alexander Lapshin həm İsrail, həm Rusiya, həm də Ukrayna vətəndaşıdır. Rusiyanın hakimiyyət təmsilçiləri də onu ekstradisiya etmək istəyini dilə gətiriblər.

İttihama görə, o, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora gedib.

Bundan başqa, Lapshin-in özünün puerrtto (LiveJournal) səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etdiyi bildirilir.

Buna da bax: Lapşin: "“Qarabağ" sözünü hər iki dildə yazmışam”

Həmçinin, vurğulanır ki, O, ötən il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin «müstəqilliyini» dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar da səsləndirib.

2017-ci il yanvarın 17-də Azərbaycana Belarusdan ekstradisiya olunan Lapshin məhkəmədə özünü təqsirli bilmədiyini deyib.

İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqqeri 3 il azadlıqdan məhrum edib.

Buna da bax:​ Lapshin 3 il müddətinə azadlıqdan məhrum edildi (Video)

Hökmə görə, Lapshin-ə verilmiş Azərbaycan əleyhinə açıq çağırışlar ittihamı təsdiqini tapmayıb və CM-in 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ittihamdan çıxarılıb. Bloqqer yalnız sərhədi qanunsuz keçməkdə təqsirli bilinib və CM-in 318-ci maddəsi ilə 3 il həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG