Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:44

Dövlətin göndərdiyi yemək uşaq bağçalarına çatırmı?


5 manatlıq soğan kisəsini dövlət şirkəti bizə 35 manata verir - Bağça müdirəsi
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

5 manatlıq soğan kisəsini dövlət şirkəti bizə 35 manata verir - Bağça müdirəsi

Dövlətin hər bir uşağın qidalanmasına ayırdığı pul gedib ünvanına çatırmı? Azərbaycan uşaqları bağçada necə qidalanır?Bunlar cəmiyyəti ən çox maraqlandıran suallardır.

Amma təkcə Bakıdakı deyil, bölgələrdəki dövlət bağçalarından da şikayətlər var.

Uşaq bağçalarında qidadan razısızmı?
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Dövlət Statistikasına görə, Azərbaycanda 1780 məktəbəqədər müəssisə var. Onların nə qədərinin dövlət müəssisəsi olması barədə məlumat verilmir.

Dövlət normativinə görə, 4-6 yaşlı uşaqlara gün ərzində

85-100 qram ət,

200-240 qram tərəvəz

80-100 qram meyvə

təqribən yarım litr süd, kefir, qatıq

verilməlidir.

Amma İmişlinin Məzrəli kənd uşaq bağçasının direktoru Mariya Lauşova deyir ki, uşaqlara bu norma çərçivəsində qidalandırmaqla bağlı problemləri var. Belə ki, dövlət ərzağı onlara İmişli bazarından baha satır:

“Bazar qiyməti ilə baxmaq lazımdır. İmişli bazarında beş manata olan soğanı mən dövlətdən alıram 35 manata. Uşaq alma görmür. Yazmağa qorxuram ki, yenə meyvə göndərəcəklər və mən də atacağam çölə. Bürüşmüş alma verəcəklər”.

Uşaq bağçalarına qida məhsullarını Kənd Təsərrüfatı yanında Dövlət Aqrar Ticarət Şirkəti göndərir və bu şirkət həmin ərzağın pulunu Maliyyə Nazirliyindən alır.

Mariya Lauşova deyir ki, vəsait bağçalara birbaşa verilsə yaxşı olar ki, onlar da bazarlardan təzə meyvə-tərəvəz ala bilsinlər.

Onun sözlərinə görə, indiki halda, Dövlət Aqrar Ticarət Şirkətinin göndərdiyi bəzi mallar xarab olur:

“Bibəri göndərirlər 30 kq. Mən onu saxlaya bilmirəm bir ay. Bağçalarda böyük soyuducular yoxdur axı. İki aydır mənə un gətirib verirlər. 1-ci növ un yazırlar, amma çörək olur qapqara. Uşaq da yeməyi tökəndə, deyir ki, müəllim bu ətdir, deyirəm, yox bala, çörəkdir”.

Dövlət Aqrar Ticarət Şirkəti ilə əlaqə saxlayıb şikayətlərə onların da baxışını almaq istədik. Amma suallarımızı eşidəndən sonra bizi müxtəlif ünvanlara yönəldib sonra da gün ərzində zənglərimizə cavab vermədilər.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü, deputat Jalə Əliyeva AzadlıqRadiosuna deyir ki, bağçalara gedən məhsulların yararsız olması barədə onda məlumat yoxdur, amma mövzunu araşdıracaq:

“Ümumilikdə dövlət bağçaları dövlətin nəzarətindədir və bu istiqamətdə qanunlar da daim təkmilləşdirilir. Sizin dediyiniz halla bağlı mənə heç nə məlum deyil və yəqin ki, araşdırandan sonra bu haqda danışmaq olar”.

Bəs dövlət nə etməlidir ki, dövlət bağçasında uşağın qarnı doysun?

Dövlət büdcəsindən uşaqların qidasında büdcədən nə qədər pul ayrılır?

Beş yumurtanı 13 uşağa

Adının çəkilməsini istəməyən bir valideyn AzadlıqRadiosuna bildirir ki, bəzən bağçada 5 yumurtanı 13 uşaq arasında bölürlər, şoru çörəyin üstünə elə çəkirlər ki, güclə seçilir.

Sosial və İqtisadi İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, bu il dövlət büdcəsindən məktəbəqədər tədris müəssisələrinə ayrılan vəsait 234 milyon manat olub ki, bu da təhsil üzrə xərclərin 10 faizinə bərabərdir.

İqtisadçı deyir ki, bu vəsait uşaq bağçaları üçün kifayət edə bilər.

“Burda istehlak olunan ərzaq məhsullarının qiymətinə diqqət yetirsək, biz görərik ki, bəzi hallarda orta bazar qiyməti ilə çox yüksək səviyyədə fərqlər vardır. Bundan başqa keyfiyyətlə bağlı problemlər vardır. Uşaqlara verilən ərzağın keyfiyyəti ilə rəsmiləşdirilən ərzağın keyfiyyəti arasında çox ciddi fərq vardır. Hətta ölçülərdə belə problemlər vardır. Normativlərə uyğun olaraq hər bir uşağa təqdim olunmalı olan süd, ət və sair ərzaq məhsulları üzrə normaların azaldılması kimi neqativ hallara rast gəlinir”.

Rəşad Həsənov bildirir ki, göndərilən vəsaitin ünvanına gedib çatıb-çatmamasına Hesablama Palatası nəzarət etməlidir və bunu öz hesabatlarında göstərməlidir.

Onun sözlərinə görə, başqa bir çıxış yolu uşaqların yeməyinə valideyn nəzarətini gücləndirməkdir. Belə ki, bu məqsədlə valideyn komitələri yaradıla, dövlətin ayırdığı vəsaitin ünvanına necə çatmasına nəzarət edə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG