20 il əvvəl başa çatmış Rusiya ilə Çeçenistan arasında müharibə Avropada ən qanlı qarşıdurmalardan biri hesab edilir. 2 il çəkmiş bu müharibədə müasir döyüş texnikalarının istifadə edilmiş, bu da qarşıdurmada çoxsaylı itkilərə səbəb olmuşdu.
Birinci Çeçenistan müharibəsinin dəhşətləri fotolarda

1
Çeçen döyüşçü Leninin heykəli üzərində oturub. Sovet İttifaqının 1991-ci il süqutundan sonra, Çeçenistan Rusiyadan müstəqilliyini elan etdi.

3
Rusiya qoşunları Qroznı yaxınlığına toplaşırlar. Çeçenistanın müstəqillik qazanmasının "domino effekti" yaratması və yeni müstəqil olmuş Rusiya Federasiyasının parçalanma qorxusu Moskvanı Çeçenistanı silahlı geri almaq cəhdinə məcbur etdi. Quru qoşunlarının hücumları dekabrın 11-i, 1994-cü ildə başladı.

4
Çeçen könüllü Qroznıda küçə döyüşləri zamanı vurulmuş Rusiya tankının arxasında qorunur. Şəhərə ilk irəliləyişlər inadlı müqavimətlə üzləşən rus qoşunları üçün fəlakət idi.

5
Yanvarın 10-da çeçen döyüşçüləri məhv edilmiş Rusiya tanklarının yaxınlığında. Müharibənin birinci mərhələsində bir kalon 120 tank və zirehli döyüş sursatlarından 105-ni itirdi.