Keçid linkləri

Təcili xəbərlər
2023, 31 May, çərşənbə, Bakı vaxtı 05:16

“Tvitter” 12 Rusiya kəşfiyyatçısı ilə bağlı olan 2 hesabı dondurub


Generic -- Twitter logo on screen

“Tvitter” ABŞ -da keçirilən son prezident seçkisinə müdaxilədə ittiham olunan 12 rusiyalı kəşviyatçı ilə bağlı olan 2 hesabı dondurub.

Bu barədə AzadlıqRadiosu iyulun 15-də Reuters və CNN-ə istinadla məlumat yayıb.

Söhbət “@DCLeaks” və”@Guccifer_2” hesablarndan gedir.

Həmin hesabların adı ABŞ Ədliyyə nazirliyinin iyulun 13-də elan etdiyi ittiham aktında çəkilir.

Qeyd edək ki, ABŞ prokurorluğu iyulun 13-də ötən prezident seçkiləri vaxtı Demokrat Partiyasının serverlərinə hücuma və seçki kampaniyasına dair mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiya kəşfiyyatının 12 zabitinə qarşı yeni ittihamlar irəli sürüldüyünü bəyan edib.

Amma Kremil 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini iddia edir.

Buna da bax:"Ağ ev prezidentlərin görüşünün təxirə salınması ilə bağlı çağırışları rədd edib"

Bu qalmaqala görə ABŞ-Rusiya münasibətləri kəskin pisləşib və Vaşinqton Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG