Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Ağ ev prezidentlərin görüşünün təxirə salınması ilə bağlı çağırışları rədd edib


Donald Trump və Vladimir
Donald Trump və Vladimir

Ağ ev ABŞ və Rusiya prezidentlərinin görüşünün təxirə salınması ilə bağlı aparıcı konqresmenlərin çağırışını rədd edib.

Bu barədə AzadlıqRadiosu iyulun 14-də Reuters və difər qərb aqgentliklərinə istinadla xəbər yayıb.

Qeyd edək ki, ABŞ prokurorluğu iyulun 13-də ötən prezident seçkiləri vaxtı Demokrat Partiyasının serverlərinə hücuma və seçki kampaniyasına dair mail və başqa oğurlanmış məlumatların sızdırılmasına görə Rusiya kəşfiyyatının 12 zabitinə qarşı yeni ittihamlar irəli sürüldüyünü bəyan edib.

Buna da bax: "ABŞ Rusiyanın 12 kəşfiyyat zabitinə ittiham irəli sürür"

Senatdakı kəşfiyyat məsələləri üzrə komitənin həmsədri Mark Uorner iyulun 13-də jurnalistlərə deyib ki, prezidentlər təkbətək görüşməməlidir, görüşün keçiriləcəyi otaqda başqa amerikalılar da olmalıdır.

Qeyd edək ki, görüş iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə olmalıdır.

Senatdakı hərbi məsələlər üzrə komitənin sədri John McCain-da qeyd edib ki, əgər prezident Donald Trump, Rusiya tərəfindən ABŞ-a və ümumilikdə dünyada demokratiyaya təcavüzün davam etməsi barədə həmkarı Vladimir Putinə xəbərdarlıq etməyə hazır deyilsə, onda sammit təxirə salınmalıdır.

Amma Kremil 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə etmədiyini bildirir.

Bu qalmaqala görə ABŞ-Rusiya münasibətləri kəskin pisləşib.

Finlandiya sammiti Donald Trump və Vladimir Putin arasında ilk tamformatlı görüş olmalıdır.

Bunadək prezidentlər iki dəfə beynəlxalq sammitlər çərçivəsində görüşüblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG