Keçid linkləri

Təcili xəbərlər
2018, 26 May, şənbə, Bakı vaxtı 23:25

Tütündən istifadənin kökünün kəsilməsi ölkələrə imkan verər ki, milyonlarla insanın xəstəlik tapmasını, tütünlə bağlı xəstəliklərdən ölməsini əngəlləsin, həmçinin yoxsulluqla mübarizə aparsın. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı hesabatda deyilir. Qurum bildirir ki, ölkələr bununla ətraf mühitin genişmiqyaslı çirklənməsini də azalda bilərlər.

31 may- Tütünlə Beynəlxalq Mübarizə Günüdür.

ÜST hesabatda tütünün millətlərin inkişafını necə axsatdığını göstərir, hökumətləri çağırır ki, tütünə nəzarət tədbirləri gerçəkləşdirsinlər. Bu tədbirlərə tütünün marketinqi və reklamının yasaqlanması, tütün məhsullarının adi bağlamada buraxılması, aksiz vergilərinin artırılması, qapalı ictimai yerlərdə və iş yerlərində siqaret çəkilməsinin qadağan olunması daxildir.

***Buna da bax-Azərbaycan siqaret çəkməkdə Cənubi Qafqazın lideridir

Tütündən istifadə hər il dünyada 7 milyondan çox insanın məhvinə səbəb olur, ailələrə və hökumətlərə 1.4 trilyon dollardan çox ziyan vurur. Bu ziyan da səhiyyə xərcləri və məhsuldarlığın itirilməsiylə ölçülür.

BİR NÖMRƏLİ RİSK FAKTORU

ÜST qeyd edir ki, bütün ölkələr 2030-cu il üzrə Davamlı İnkişaf Planına razılaşıblar. Planda məqsəd dünyada sülhün gücləndirilməsi, yoxsulluğun kökünün kəsilməsidir. Planın əsas elementləri sırasında ÜST-nin Tütünə Nəzarət üzrə Çərçivə Konvensiyasının icrası da var. Bir hədəf 2030-cu ilədək qeyri-yoluxucu xəstəliklərdən vaxtından qabaq ölüm hallarının üçdə birini azaltmaqdır. Bu xəstəliklərə ürək və ağciyər xəstəlikləri, xərçəng, diabet daxildir ki, onlar üçün tütündən istifadə bir nömrəli risk faktorudur.

ÜST-nin ilk dəfə hazırladığı «Tütün və onun ətraf mühitə» təsiri adlı hesabatda bu məhsulun təbiətə təsirindən də söz açılır:

***Buna da bax-Beynəlxalq konvensiyanın «qolunu bükən» tütün inhisarı

– Tütün qalıqlarında 7 mindən artıq zəhərli kimyəvi maddə var və ətraf mühiti, eləcə də insan kanserogenlərini zəhərləyir;

– Tütün tüstüsü ətraf mühitə min tonlarla insan kanserogeni, toksikant, istixana qazları buraxır.

– Hər gün satılan 15 milyard siqaretdən 10 milyardı atmosferi zibilləyir;

– Sahillərdə və şəhər yerlərində yığılan zibillərin 30-40%-ni siqaret kötükləri təşkil edir.

TƏHLÜKƏ İSTİQAMƏTLƏRİ

ÜST bildirir ki, tütün insanlara, milli və regional inkişafa bir çox yollarla təhlükə yaradır:

Yoxsulluq: yuxarı yaşlı siqaret çəkənlərin 860 milyon nəfəri az- və ortagəlirli ölkələrdə yaşayır. Bir çox araşdırmalar üzə çıxarıb ki, kasıb ailələrdə tütün məhsullarına xərcləmələr evin bütün xərclərinin 10%-dən çoxunu tutur. Yəni, ərzağa, təhsilə, sağlamlığa daha az pul xərclənir.

Uşaqlara təsir. Tütün plantasiyaları uşaqların məktəbə getməsini əngəlləyir. Tütün becərən ailələrin uşaqlarının 10-14%-i dərsə getmək əvəzinə tütün sahələrində işləyir.

Qadınlar: Tütün sahələrində çalışanların 60-70%-i qadınlardır ki, beləliklə də təhlükəli kimyəvi maddələrlə sıx təmasda olurlar.

Səhiyyə: Qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının 16%-nin kökündə tütün dayanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG