Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:31

Aşxabad ağ mərmərdən istifadəyə görə "Rekordlar" kitabına düşdü

Enerji zəngini Türkmənistanın paytaxtı Aşxabad bahalı ağ mərmərdən gen-bol istifadəyə görə Ginnesin "Rekordlar" kitabına düşüb. Son illər bu şəhərdə 543 binanı ağ mərmərlə üzləyiblər. Ginnesin saytında qeyd edilir ki, binalara üzlənən ağ mərmər yerə sərilsə idi, Axşabadın ümumi sahəsinin 5-də 1-i mərmərlə örtülərdi. "

Türkmənistan parlamenti mayın 25-də bu ölkənin prezidenti Gurbanguly Berdymukhammedov-a "Türkmənistanın Fəxri Memarı" adı verib. Qərarda dövlət başçısının "Ana Vətənin siyasi, iqtisadi və mədəni inkişafına titanik dəstəyinə" görə bu ada layiq görüldüyü qeyd edilir.

Elə bu yaxınlarda Amnesty İnternational öz hesabatında qeyd edib ki, Türkmənistanda vətəndaşlar əsas haqlarından məhrumdurlar, müxalifət davamlı təzyiqlərə məruz qalır, siyasi azadlıqlar məhduddur, seçkilər azad və ədalətli keçirilmir.

Davamı

Bölmələr

XS
SM
MD
LG