Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:55

Notariat hərəkətlərinin aparılması üçün lazım olan sənədlərin siyahısı


-

Notariuslarda işlər üçün lazım olan sənədlərin siyahısı. Siyahı Ədliyyə Nazirliyinin saytından götürülüb.


Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.

Daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın bağışlanmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;
6. tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi.

Daşınmaz əmlakın dəyişdirilməsi müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın dəyişdirilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.


İcarə müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
2. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
3. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın icarəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.


Yaşayış sahəsinin kirayəyə verilməsi müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
2. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
3. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
4. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı.


İpoteka müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;
6. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər (nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);
7. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş etibarnamə.


Sonrakı ipoteka müqaviləsinin təsdiq edilməsi ilə əlaqədar

1. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
2. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
3. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;
4. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər (nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);
5. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş etibarnamə.


Qarışıq müqavilənin təsdiq edilməsi ilə əlaqədar

1. əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli və ya qabaqcadan dövlət reyestrində qeydiyyat barədə sənəd;
2. əmlak üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın ipoteka qoyulmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı;
5. yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə arayış və yetkinlik yaşına çatmış şəxslərin razılığı;
6. alıcı-ipoteka qoyanın ərinin (arvadının) notariat qaydasında təsdiq edilmiş razılığı;
7. ipoteka qoyan və ya ipoteka saxlayan hüquqi şəxs olduqda onun hüquq qabiliyyətini müəyyən edən sənədlər (nizamnamə, reyestrdən çıxarış və dövlət qeydiyyatı haqqında şəhadətnamə, filial və nümayəndəliyin əsasnaməsi və onun rəhbərinə verilmiş etibarnamə);
8. müqavilə nümayəndə vasitəsilə bağlandıqda hüquqi şəxsin ona verdiyi notariat qaydasında təsdiq edilmiş etibarnamə.


Qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar

1. miras qoyanın ölümü haqqında şəhadətnamə;
2. miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer barədə sənəd;
3. vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi);
4. mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;
5. qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
6. miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
7. miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış.


Vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə əlaqədar

1. miras qoyanın ölümü haqqında şəhadətnamə;
2. miras qoyanın yaşayış yeri (daimi və ya müvəqqəti qeydiyyatı) haqqında arayış, yaşayış yeri məlum olmadıqda miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd;
3. vəsiyyətnamənin əsli (vəsiyyətnamə başqa notariat kontorunda təsdiq edildikdə və ya Dövlət notariat arxivinə təhvil verildikdə onun dəyişdirilmədiyi və ya ləğv edilmədiyi barədə həmin orqanlar tərəfindən qeyd aparılmaqla);
4. mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə;
5. qanunla müəyyən edilmiş müddətdə notariusa müraciət olunmadıqda vərəsə tərəfindən əmlaka sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamasını təsdiq edən sənədlər (mirasın açıldığı gündən altı ay ərzində vərəsə tərəfindən mirasa dair borcların ödənilməsi, mirasın qəbul edilməsi, miras əmlaka sahiblik və əmlakdan istifadəyə dair arayışlar, maliyyə və kommunal xidmət haqlarının vərəsə tərəfindən ödənilməsini təsdiq edən qəbzlər və s.);
6. miras əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
7. miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, onun üzərində yüklülüyün və ya həbsin olub-olmaması barədə arayış.


Miras paya sərəncam verilməsi ilə əlaqədar

1. həmin dövlət notariat kontoru, yaxud xüsusi notarius tərəfindən verilmiş qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi.


Mirasın bölüşdürülməsi ilə əlaqədar

1. həmin dövlət notariat kontoru, yaxud xüsusi notarius tərəfindən verilmiş qanun və ya vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi.


İcra qeydinin verilməsi ilə əlaqədar

1. borcu müəyyən edən sənədin əsli.


Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə və ya ipoteka qoyulmasına dair müqavilənin təsdiq edilməsi ilə əlaqədar

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;
2. nəqliyyat vasitəsinin müayinədən keçməsi barədə sənəd;
3. mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə;
4. ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı.


Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin təsdiq edilməsi ilə əlaqədar

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi.


Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamənin təsdiq edilməsi ilə əlaqədar

1. nəqliyyat vasitəsinə mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyat şəhadətnaməsi;
2. etibar edilənin sürücülük vəsiqəsi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG