Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:12

Ötən il Türkiyədə öldürülmüş 477 qadının arasında azərbaycanlılar da var


İstanbulda qadın haqları nümayişlərindən birində
İstanbulda qadın haqları nümayişlərindən birində

Hürriyet qəzetinin ingilisdilli saytı Türkiyənin Umut Fondunun rəqəmlərinə istinadən martın 7-də yazır ki, 2018-ci ildə kişi zorakılığı nəticəsində 477 qadın öldürülüb və daha 232 qadın ağır xəsarətlər alıb.

Fond bu rəqəmləri 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsində açıqlayıb.

477 qadından 120-si odlu silahla, 89 tüfənglə, 132-si isə kəsici-deşici əşyalarla qətlə yetirlib. Qalan 136 qadının döyülərək və ya boğularaq öldürüldüyü bildirilir.

Umut Fondunun hesabatında deyilir ki, 2015-ci ildə ümumilikdə 414 qadın qətlə yetirilmişdi. Onlardan 309-u odlu silahlarla və başqa alətlərlə öldürülmüşdü.

Fond yazır ki, son 4 ildə ümumilikdə 1760 qadın qətli baş verib və bu yalnız mediada getmiş xəbərlərdən alınan rəqəmdir.

Hesabatda deyilir ki, qətl hadisələrinin təhlili onların böyük bir qisminin Mərmərə regionunda baş verdiyini göstərir. Bu regionda 2018-ci ildə 141 qadın qətlə yetirilib. Bu, həmin rayon üzrə 2017-ci ilin göstəricisindən 18 faiz artıqdır.

Qadın ölümlərinin sayına görə İstanbul şəhəri liderdir. Burada 2018-də 82 qadın öldürülüb. İkinci yerdə olan Bursada qadın qətllərinin sayı 22 olub.

Aralıq dənizi bölgəsində 87 qadın öldürülüb.

Yalnız Qara dəniz bölgəsində qadın qətllərinin sayı bir qədər azalıb.

Umut fondu qurbanların coğrafiyasını da verib. 2018-ci ildə öldürülmüş 43 əcnəbi qadından 21-i suriyalı, üçü əfqan, üçü gürcü, üçü qırğız, üçü azərbaycanlı, ikisi iranlı, ikisi moldovan, ikisi iraqlı və ikisi türkmandır.

43 qətl qurbanından başqa daha 7 əcnəbi qadın kişi zorakılığına məruz qalıb.

Qadınların əksəriyyəti ərləri və nişanlıları tərəfindən öldürülüb.

Bu arada insan haqları təşkilatları Türkiyə qadınlarını martın 8-də İstanbulun İstiklal küçəsində keçiriləcək nümayişə qoşulmağa çağırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG