Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:17

‘9 ayda 112 qadın özünü öldürüb’


İllüstrasiya
İllüstrasiya

“2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb”.

“Turan” agentliyinin xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov deyib.

O, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası ilə bağlı tədbirdə çıxış edib. Həmin kampaniyanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi təşkil edir.

Agentliyin xəbərinə görə, Adıgözəl Adıgözəlov həmçinin bildirib ki, bu ilin hesabat dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır:

"Məişət zəminində baş verən cinayətlər nəticəsində 112 qadın özünü öldürüb. Onların da 11 nəfəri azyaşlı qızlardır", DİN rəsmisi bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə deyib ki, qadınlara zorakılığı cəmiyyətin həmişə mənfi qarşılamasına baxmayaraq belə hallar dünyanın bir çox ölkələrində olduğu kimi, hələ də mövcuddur

O, bildirib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməlidir.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai isə çıxışında qeyd edib ki, Azərbaycanda qadınların təhsil, səhiyyə və sosial müdafiə sektorlarında çoxluq təşkil etməsinə baxmayaraq, onların ümumilikdə rəhbər vəzifələrdə çalışmalarından ötrü səlahiyyətləndirmə prosesini intensivləşdirmək vacibdir.

Xatırlatma

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bu kampaniya gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır.

Bütün dünyada fərdi şəxslər və təşkilatlar “16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara, qızlara zorakılığın qarşısını almağa səsləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG