Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Repressiyalar Türkiyə qırıcılarını pilotsuz qoyub


Financial Times qəzeti yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın ötən ayın sonunda imzaladığı fövqəladə fərman ölkənin mülki aviasiyasında həyəcan yaradıb.

Prezident baş tutmamış çevriliş cəhdinin ardınca repressiyalara məruz qalmış hərbi təyyarəçilərin yerini mülki aviasiyanın pilotları ilə doldurmağa çalışır. Fövqəladə fərman keçmiş qırıcı təyyarə pilotlarının orduya qayıtmasını tələb edir və əks halda onların uçuş lisenziyalarından məhrum ediləcəyini bildirir.

Hazırda mülki aviasiyada işləyən keçmiş hərbi təyyarəçilərin əksəriyyəti fərmandan narazılıq edir.

Jandarmlar Türkiyə Hərbi Hava qüvvələrinin komandanlarından general Akın Öztürk və başqa hərbçiləri məhkəməyə aparırılar
Jandarmlar Türkiyə Hərbi Hava qüvvələrinin komandanlarından general Akın Öztürk və başqa hərbçiləri məhkəməyə aparırılar

Müşahidəçilərin fikrincə repressiyalar Türkiyə hərbi hava qüvvələrində elə acıncaqlı vəziyyət yaradıb ki, hökumət ən az ağla gələn vasitəyə əl atıb.

Financial Times yazır ki, bəzi F-16 və F-4 pilotlarının iyul çevrilişi cəhdində iştirakına görə yüzlərlə pilot həbsxanalara atılıb və nəticədə NATO-nun ikinci böyük ordusu pilot çatışmazlığı problemi ilə üzləşib.

Bu pilot qıtlığı təkcə Türkiyənin hərbi hava qüvvələri yox, həm də türk pilotlarla təlim keçən NATO ekspertlərini narahat edir.

Ekspertlər bildirirlər ki, Türkiyə hərbi hava qüvvələrinin indiki döyüş hazırlığı vəziyyəti böhranlıdır.

Çevriliş cəhdinin ardınca 600-dək hərbi təyyarəçinin həbs edildiyi və ya ordudan qovulduğu təxmin edilir
Çevriliş cəhdinin ardınca 600-dək hərbi təyyarəçinin həbs edildiyi və ya ordudan qovulduğu təxmin edilir

Qərb hərbi rəsmilərinin təxminlərinə görə Türkiyədə 600 döyüş pilotu ya həbs edilib, ya da silahlı qüvvələrin sıralarından qovulub.

Əgər Türkiyə qırıcılarının PKK-ya qarşı əməliyyatlara havadan dəstək verdiyi, Egey dənizi üzərində patrul uçuşları etdiyi, habelə Suriya və İraqda koalisiya əməliyyatlarında iştirakı nəzərə alınarsa, yaranmış vəziyyətin ağırlığı başa düşülər.

Financial Times yazır ki, Erdoğan repressiyalarına təkcə pilotlar yox, təlimatçılar və başqa zabitlər də məruz qalıblar. Üstəlik bütöv aviasiya məktəbləri bağlanıb.

Qəzet yazır ki, hətta çevriliş cəhdindən əvvəl də Türkiyə hərbi hava qüvvələrinin səviyyəsi ürəkaçan deyildi. Erdoğan hökuməti hərbiyyə sıralarında ixtisarlar həyata keçirmiş və 2012-ci ildə hərbi təyyarəçilər üçün xidmət müddətini 15 ildən 13 ilə endirmişdi. Elə o vaxt ordu sıralarını tərk edən yüzlərlə pilotun yeri boş qalmışdı.

Türkiyədə F-16 təyyarələrinin pilotları çatışmır
Türkiyədə F-16 təyyarələrinin pilotları çatışmır

Məhz bu çətinliklərə görə Türkiyə yeni pilotların təlimləndirilməsi üçün müttəfiqlərə, ilk növbədə ABŞ-a üz tutmuşdu. Ankara ABŞ-dan F-16 qırıcıları üçün təlimatçıların göndərilməsini xahiş etmişdi.

Lakin ABŞ hərbi hava qüvvələrinin özündə böyük dəyişiklik baş verir. Amerikalı F-16 pilotları ən son modifikasiya olan F-35-lərdə uçmağı öyrənirlər. Bununla əlaqədar Vaşinqton Ankaraya hazırkı vəziyyətdə F-16 təlimatçıları göndərə bilməyəcəyini bildirib.

Avqustun sonlarında Türkiyə hökuməti pilotların xidmət müddətini birdən-birə 18 ilə qaldırıb və 13 ildən sonra ehtiyata buraxdığı pilotları indi zorla yenidən silahlı qüvvələrə gətirməyə çalışır.

Hökumət hətta hərbi hava qüvvələrinə könüllü qayıdanlar üçün cəlbedici maaşlar da müəyyən edib. Qırıcı təyyarə pilotlarının maaşları iki dəfə artıralaraq ayda 8 min dollara çatdırılıb.

Buna baxmayaraq ekspertlər bütün bu tədbirlərin fayda verəcəyinə inanmırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG