Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:38

Türkiyə İraq və Suriya ilə arasında divar tikir


Türkiyə-Suriya sərhəddi, beton divar çəkilir

Türkiyə İraq və Suriya sərhəddində 300 km boyunca beton divar tikib.

Bu barədə Anadolu xəbər agentliyi məlumat yayıb.

Türkiyə hakimiyyətinin məlumatına görə, 2016-cı ildə sərhəddi qanunsuz keçməyə 60 min cəhd olub.

Bunun böyük hissəsi Türkiyə-Suriya sərhəddində qeydə alınıb.

Divar tikintisinə 2015-ci ilin axırında başlanıb.

Yerli mətbuat xəbər verir ki, 2017-ci ilin əvvəlində İran və Ermənistan sərhədlərində də divar tikilməsi nəzərdə tutulur.

Türkiyə-Ermənistan arasında sərhədlər 1993-cü ildə bağlanıb, ölkələr arasında Qarabağ probleminə görə diplomatik münasibətlər yoxdur.

XS
SM
MD
LG