Keçid linkləri

2026, 21 Avqust, cümə, Bakı vaxtı 21:01

İqtisadçı turizm proqramı barədə: 'Sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır'

'Euronews'a pul tökürlər, amma turist gəlmir: 3 milyon hara getdi?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

'Euronews'a pul tökürlər, amma turist gəlmir: 3 milyon hara getdi?

Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Prezident İlham Əliyev avqustun 20-də bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Nazirlər Kabineti bir sıra məsələlər barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir. Bura ilk növbədə altı ay müddətində Dövlət Turizm Agentliyinin təklifləri əsasında “Turizm haqqında” Qanunun təkmilləşdirilməsi daxildir.

Proqramın özündə də bir sıra məqamlar diqqət çəkir.

34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq olunacaq

Sənəddə Azərbaycanda gəlmə turizminin təşviqi məqsədilə vizasız gediş-gəliş rejimi tətbiq olunan hədəf ölkələrin sayının artırılması nəzərdə tutulur.

Proqramın aralıq nəticəsi kimi 28 hədəf turizm ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi tətbiq ediləcək. Yekun hədəf isə bu göstəricinin 34 ölkəyə çatdırılmasıdır.

Proqramda həmçinin, Azərbaycanda turizm sektorunun inkişafını stimullaşdırmaq məqsədilə aviareyslərdən tutmuş hotellərin tikintisinə və ölkəyə xarici turistlərin gətirilməsinə qədər bir sıra istiqamətlər üzrə yeni subsidiya mexanizmlərinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, “Rəqəmsal səyyah” viza altnövü təsis edilməlidir.

Moskva ilə Bakı arasındakı gərginlik Azərbaycanın turizm sektoruna necə təsir edəcək?
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Azərbaycanın uçuş coğrafiyası genişləndiriləcək

Habelə, hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin, aviabilet qiymətlərinin daha münasib olması və regional hava limanlarının potensialından səmərəli istifadə üçün təşviq tədbirlərinin görülməsi vacib sayılır.

Proqramda bütün sadalananlarla yanaşı ölkədə 3 yeni turizm və rekreasiya zonasının yaradılması, 8 yeni dağ-piyada marşrutunun hazırlanması da nəzərdə tutulur.

“Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz”

Amma bəzi təhlilçilər ölkənin quru sərhədlərinin bağlı saxlanmasına diqqət çəkiblər.

İqtisadçı Natiq Cəfərli facebook səhfəsində qeyd edib ki, sənəd yaxşıdır, doğru təsbitlər, düzgün istiqamətlər var.

“Sadəcə, məsələ odur ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu, mümkün deyil. Yəni, sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır”, -deyə o əlavə edib.

İqtisadçı vurğulayıb ki, Gürcüstan öz əməyi və doğru siyasəti, “turizm məhsulları icad etmək” nəticəsində regionada turizmin mərkəzinə çevrilib .

Onun fikrincə, qonşu ölkələr bundan doğru istifadə etməlidirlər. İqtisadçının vurğulamasına görə, Avropa, ABŞ, Yaponiya, Çin kimi çox pul xərcləyən yerlərdən gələn turistlər bir bölgəyə gedəndə çalışırlar ki, ətraf ölkələrə də səfər etsinlər:

“İndi nə baş verir: Tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra minir avtobusa Ermənistana keçir, 1-2 gün oranı da gəzir, sonra həmin avtobusla Azərbaycana da gəlmək istəyir – amma, sərhəddi keçə bilmir. Bu turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgəsinin turizm potensialına böyük zərbə vurur. Ermənistan bunu anladı və Gürcüstanla birgə turizm layihələri həyata keçirməyə başladılar”.

Onun sözlərinə görə, son bir ildə Ermənistana turist səfərləri 19 faiz artıb, Azərbaycana gələn turistlərin sayı isə 14 faiz azalıb.

Xatırlatma

Azərbaycanda 2020-ci ilin martında koronavirus pandemiyası ilə bağlı qonşu ölkələrlə quru sərhəddə gediş-gəliş məhdudlaşdırılıb.

Dünya Səhiyyə Təşkilatı 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını desə də Azərbaycanda karantin rejimi tam aradan götürülməyib və sərhəddəki məhdudiyyətlər saxlanıb.

Son vaxtlar rəsmilər çıxışlarında bu məhdudiyyətin saxlanmasını təhlükəsizlik amili ilə izah edirlər.

XS
SM
MD
LG