Sentyabrın 27-də 1 saylı Bakı İnizabati İqtisad Məhkəməsində “Turan” İnformasiya Agentliyinin (İA) Vergilər Nazirıliyindən şikayətinə baxılacaq.
Bu haqda agentliyin vəkili Fuad Ağayev məlumat verib.
Vəkilin bildirdiyinə görə, “Turan” İA-nın nazirliyin departamentlərinə qarşı iki iddia qaldırıb.
Birinci iddiada Vergilər Nazirliyinin iki departamentinin vergilərin hesablanmasına dair 3 qərarının ləğv edilməsi vəagentlikdə növbədənkənar səyyar vergi yoxlmasının təyin edilməsi ilə bağlı qərarınınqanunsuz sayılması tələb edilir.
İkinci iddia isə nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı qaldırılıb. Həmin iddiada agentliklə bağlı vergi yoxlaması təyin etməsinin qanunsuz sayılması istənilir.
Buna da bax: Vergilər Nazirliyi 'Turan'a vergi sanksiyalarını bərpa edib
İkinci iddia üzrə məhkəmə prosesi isə oktyabrın 11-də başlayacaq.
Bu ayın 15-dəVergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamentinin 2014-2016-cı illər üzrə «Turan» İnformasiya Agentliyinə (İA) təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv etdiyi bildirilirdi. Bununla bağlı agentliyə rəsmi məktubla məlumat verilmişdi.
Məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərara söykənərək bu il avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti «Turan» İA-yacinayət işinə başlamışdı.
Avqustun 16-da agentliyin ofisində axtarış aparılmışdı, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.
İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 2010-cu il iyulun 1-dən 2017-ci il iyulun 1-nə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.
Buna da bax: 'Turan'ın dondurulmuş bank hesabları açılıb
Dünən, sentyabrın 18- isə bəlli olub ki, Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinin «Turan» İnformasiya Agentliyinə (İA) 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edilib.
Sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə ikinciməktub daxil olub. Məktubda yazılır ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.
Xatırlatma
«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.
Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.