Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:03

Vergilər Nazirliyi 'Turan'a vergi sanksiyalarını bərpa edib


"Turan" İA-da axtarış aparılır
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

"Turan" İA-da axtarış aparılır

Vergilər Nazirliyinin Bakı Lokal Gəlirlər Departamentinin «Turan» İnformasiya Agentliyinə (İA) 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa etdiyi bildirilir.

Bu barədə agentliyin yaydığı açıqlamada yazılır.

Açıqlamada vurğulanır ki, sentyabrın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentyabrın 15-i tarixi ilə məktub daxil olub. Məktubda yazılır ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

***Buna da bax-Hüquqşünas: ''Turan'la yanaşı, başqa QHT-lərin də vergi sanksiyası ləğv edilməlidir'

Məlumatda bildirilir ki, sentyabrın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixi ilə agentliyə başqa bir məktub gəlmişdi. Orada isə yazılırdı ki, «Turan» İA-nın hər hansı vergi borcu və ya cərimə sanksiyası yoxdur.

«Göstərilən günlərdə bu nazirlikdə nə baş verdiyini və eyni idarənin öz mövqeyini 180 dərəcə dəyişməsinin səbəblərini biz bilmirik. Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü. İndi isə sanksiyanın bərpasından sonra «Turan» İA-nın hesablarına yenidən həbs qoyulması da bərpa edilə bilər», - məlumatda vurğulanır.

Lokal Gəlirlər Departamenti hələ 2016-cı ilin mayında «Turan»a 4 min manat sanksiya qoymuşdu. «Turan» İA-nın inzibati şikayətindən sonra Vergilər Nazirliyi bu qərarı ləğv etmişdi.

***Buna da bax-Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'

Daha sonra elə həmin departament avqustun 7-də 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə isə 37 min manat vergi hesablayaraq cinayət işi qaldırmışdı.

«Turan» İA-nın bu açıqlamasına hələlik Vergilər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

«Turan» İA-nın direktoru Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim olunub.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG