Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 21:54

'Turan'ın dondurulmuş bank hesabları açılıb


Mehman Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00

Mehman Əliyev azadlıqda

Bu gün, sentyabrın 18-i «Turan» İnformasiya Agentliyinin (İA) bank hesabları açılıb.

Bu barədə «Turan» İA məlumat yayıb.

Ancaq agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilməməsi barədə nazirlik rəsmi məlumat vermir.

«Turan» İA hesab edir ki, onların normal işləməsini təmin edən şərait hələ ki yaradılmayıb.

Bu ayın 15-də isə Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə «Turan» İnformasiya Agentliyinə (İA) təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv etmişdi. Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib və bununla bağlı agentliyə rəsmi məktubla məlumat verib.

Məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərara söykənərək bu il avqustun 7-də Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti «Turan» İA-ya qarşı cinayət işinə başlamışdı.

Avqustun 16-da agentliyin ofisində axtarış aparılmışdı, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.

İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 2010-cu il iyulun 1-dən 2017-ci il iyulun 1-nə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.

Avqustun 25-də «Turan» agentliyinin direktoru Mehman Əliyev həbs ediləndən sonra Vergilər Nazirliyi press-reliz yaydı. Orada jurnalistə qarşı ittiham «mənfəət barədə məlumatları təhrif etmək yolu ilə 2010-2016-cı illərdə dövlət büdcəsindən 60080 manat vergi yayındırılması şübhəsi» ilə əsaslandırıldı.

Mehman Əliyev: Sənədlərdə problem yoxdur
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

Ancaq bu şübhələrin nəyə söykəndiyi izah edilmirdi. Çünki istintaq «Turan» İA-nın maliyyə fəaliyyəti ilə bağlı əvvəllər təyin edilən səyyar yoxlamanın yekun aktını təqdim etmirdi.

«Turan» İA lap əvvəldən vergi ödənilməməsi barədə ittihamları təkzib edib. 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdi. Şikayət üzrə dinləmələr sentyabrın 27-nə təyin edilib.

Lokal Vergilər Departamenti bu prosesdən əvvəl may ayında agentliyə 2016-cı il üzrə 4 min manat əlavə vergi təyin edib. Ancaq «Turan» agentliyinin inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yüksək instansiyası bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə 37 min manat vergi təyin edib.

XATIRLATMA

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs-qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları «siyasi motivli» adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib. Üstəlik, ABŞ Senatının komitəsinə M.Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiqi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də M.Əliyev haqqında həbs-qətimkan tədbiri ləğv edilib, o, sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG