Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:56

Trump brendi Azərbaycanı birdəfəlik tərk etdi [video]


Trump-ın adını Bakıdakı oteldən sildilər
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Trump-ın adını Bakıdakı oteldən sildilər [video]

Yanvarın 16-da «Trump International Hotel&Tower» lövhəsi Bakıdakı otelin üzərindən sökülüb.

Hələ bir ay öncə ABŞ prezidenti seçilən Trump elan etmişdi ki, andiçmə mərasiminə qədər maraqların toqquşması riski yaradan layihələrə son verəcək.

Buna da bax:​ Trump Bakıdakı layihədən milyonlar qazanıb- [video]

“Trump Organisation”ın icraçı vitse prezidenti və baş konsulu Alan Garten Azərbaycandan başqa, Braziliya və Gürcüstandakı lisenziyaların ləğvini maraqlar toqquşması riskindən daha çox şirkətdəki "təmizləmə" işləri ilə əlaqələndirmişdi. O, bildirmişdi ki, lisenziya razılaşmanın şərtlərinə əməl edilmədiyinə görə ləğv olunub.

Donald Trump-ın andiçmə mərasimi yanvarın 20-də olacaq.

İstər prezidentlik kampaniyası dövründə, istərsə də sonradan qərb mediası Trump və onun Azərbaycanlı ortağı Anar Məmmədov haqda xeyli məqalələr dərc edib.

Buna da bax: Anar Məmmədov keçmiş konqresmenin pulunu kəsib

«The Washington Post» qəzeti yazırdı ki, neft ölkəsi olan Azərbaycanda Trump 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib və bu əməkdaşlığından il yarımda azı 2.5 milyon dollar qazanıb.

İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu əməkdaşlıq anlaşmasında əsas maraq hər iki tərəfin pul qazanması olub. O hesab edir ki, Azərbaycanlı nazir oğlunun Donald Trumpla əməkdaşlıqda başqa maraqları da olub:

“Pul qazanmaqdan başqa həm də ABŞ-ın elitası, siyasətçiləri ilə əlaqələr qurmaq və Azərbaycan hökumətinin maraqlarını təmin etmək də əsas məqsədlərdən biri olub”.

Buna da bax:​ ABŞ kəşfiyyatının başçısı Trump-ı ‘danışığına fikir verməyə’ çağırıb

Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, adını ZQAN-dan Garant-a dəyişən holdinqə rəhbərlik edir. Bakıdakı Trump hotelini də Garant Holding tikdirib.

Anar Məmmədov həm də Azərbaycan- Amerika Alyansının təsisçisidir. Alyans dörd ildə Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə azı 12 milyon dollar pul xərcləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG