Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:41

Trump sonuncu səsvermədən də qalib çıxdı


Donald Trump Seciçi Kollegiyasında son səsvermədən keçərək Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti kimi rəsmən təsdiq edilib.

Qələbəsini təsdiqləmək üçün ona kollegiyadakı səslərin 270-dən çoxunu qazanmaq kifayət idi, lakin Trump səslərini ona verəcəklərini vəd etmiş 306 kollegiya üzvündən 304-nün səsini qazanıb.

Onun kollegiya üzvlərindən yalnız ikisi səslərini keçmiş konqresmen Ron Paul-a və Ohayo qubernatotu John Kasich-ə verib.

Birləşmiş Ştatlarda Seçici Kollegiyalarının səsverməsi adətən formal xarakter daşıyır və seçkinin nəticələrindən demək olar ki, fərqlənmir, lakin bu səsvermə, seçkinin ətrafında yaranmış siyasi hay-küyə görə fərqli idi.

Üstəlik Trump-ın demokrat rəqibi Hillary Clinton seçici sayına görə respublikaçı biznesmendən 2 milyon 800 min artıq səs toplamışdı. Bu, ümumiyyətlə ABŞ tarixində rekord göstərici idi.

Bu səbəblərə görə Clinton-un bir çox tərəfdarları və Trump-ın əleyhdarları dekabrın 19-da keçirilən kollegiya səsverməsinə son ümidlərini bağlamışdılar.

Lakin ABŞ boyunca keçirilən etiraz aksiyalarına, anti-Trump lobbiçilərinin cəhdlərinə və hətta kollegiya üzvlərindən bəzilərinin hədələnməsinə baxmayaraq kollegiyadakılar ilkin rəylərini dəyişməyiblər.

Xanım Clinton Seçici Kollegiyasında ümid bağladığı 232 səsdən yalnız 224-ü qazana bilib. Ona səs verməli olan dörd kollegiya üzvü fikrilərini dəyişiblər. Beləliklə xanım Clinton Trump-dan daha çox kollegiya səsi itirib.

Amerikanın əksər ştatlarında anti-Trumpçılar hökumət binalarının qarşısında etiraz aksiya və piketləri keçirirdilər.

Trump-ın kollegiya qələbəsi Amerika tarixində keçirilmiş 58 seçki arasında reytinqə görə 46-cı yeri tutub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG