Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Trump Rusiya və İranı Suriyadakı ‘humanitar rüsvayçılıqda’ ittiham edir


Fevralın 18-dən bəri şərqi Qutada 400-dək dinc sakin həlak olub
Fevralın 18-dən bəri şərqi Qutada 400-dək dinc sakin həlak olub

Prezident Donald Trump Rusiya, İran və Suriya hökumətini Suriyada baş verən “humanitar rüsvayçılıqda” ittiham edib.

Prezident fevralın 23-də Ağ Evdə keçirilən mətbuat konfransında deyib: “Deməliyəm ki, Rusiyanın, İranın və Suriyanın bu yaxınlarda etdikləri humanitar rüsvayçılıqdır. Bu üç ölkənin bu insanlara etdikləri rüsvayçılıqdır”.

Bu arada BMT Təhlükəsizlik Şurasında fevralın 24-də Suriyada humanitar yardımın çatdırılması və yaralı sakinlərin evakuasiyası məqsədilə 30 günlük atəşkəs barədə qətnamə səsə qoyulmalı idi.

Bu səsvermə əvvəlcə fevralın 23-ə təyin edilmiş, lakin sonradan iki dəfə təxirə salınmışdı.

Rusiya əvvəlcə belə bir qətnaməyə etirazını bildirmiş və onu “qeyri-realist” adlandırmışdı. Rusiya bildirir ki, bu qətnamə bölgədə hələ də İslam Dövləti ekstremist təşkilatı döyüşçülərinin qaldığını nəzərə almır.

Fransa prezidenti Emmanuel Macron Qərb tərəfindən irəli sürülmüş qətnamənin Təhlükəsizlik Şurasından keçəcəyinə ümid etdiyini bildirib.

Macron və Almaniya kansleri Angela Merkel fevralın 23-də, Təhlükəsizlik Şurasında keçirləcək səsvermənin ərəfəsində Vladimir Putinə müravciət edərək onu qətnamənin dəstəklənməsinə və müttəfiqi Suriya hökumətinin Dəməşq ətrafında qiyamçıların nəzarətində olan ərazinin bombardmanını dayandırmasına çağırıblar.

Yeni şahid məlumatlarına görə Dəməşqin ətrafındakı Quta ərazisinin hökumət tərəfindən bombardman edilməsi fevralın 23-də də davam edib. Fevralın 18-də bombardman başlanandan bəri bu ərazidə 400 sakinin həlak olduğu xəbər verilib.

Bununla əlaqədar Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini-nin verdiyi bəyanatda deyilir: “Şərqi Qutadakı qətliam dərhal dayandırılmalıdır. Avropa İttifaqının, şərqi Quta əhalisinin çəkdiyi dəhşətləri təsvir etmək üçün sözləri tükənib”.

Bundan əvvəl, fevralın 23-də Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, “Rusiya və İran rejimi dayandırmalıdırlar”.

O habelə əlavə edib ki, şərqi Qutanın bombardmanı və hökumətin qiyamçıların nəzarətində olan İdlib qəzasına hücumu Ankara, Moskva və Tehran diplomatlarının Astanada əldə etdikləri razılaşmalara “ziddir”.

Bundan əvvəl ABŞ Rusiyanı şərqi Qutanın bombardman olunmasına görə tənqid edib və bildirib ki, Moskva bu ay Dəməşq ətrafında 400 nəfərin qətlə yetirilməsinə görə “təkbaşına məsuliyyət daşıyır”.

ABŞ Dövlət Departamenti Rusiyanı Suriya hökuməti üzərindəki nüfuzundan istifadə edərək qətliamın dayandırılmasına çağırıb, ABŞ diplomatları isə Qutada 30 günlük atəşkəsin bərqərar edilməsi üçün sazişin imzalanmasına çalışıblar.

Dövlət Deartamentinin sözçüsü Heather Nauert Rusiyanı Suriya prezidenti Bashar al-Assad-ı və onun ordusunu cilovlamamaqda ittiham edib.

Nauert jurnalistlərə deyib: “Rusiya Suriyanı dəstəkləməsəydi, bu dağıntlıar və ölümlər qətiyyən baş verməzdi”.

Nauert habelə Moskvanı Təhlükəsizlik Şurasında Qutada atəşkəsin əldə olunmasını nəzərdə tutan qətnamənin qəbulunu əngəlləməkdə günahlandırıb.

Rusiyanın BMT-dəki səfiri Qərb tərəfindən tərtib olunmnuş qətnaməni rədd edərək, ona veto qoyula biləcəyinə işarə edib.

Vasili Nebenzya deyib ki, media və Qərb ölkələri Qutadakı döyüşlər barədə “dezinformasiya kampaniyası” aparır və bu ərazidə əl-Qaedaya bağlı bir neçə min döyüşçünün olduğuna dair “narahat həqiqəti” qəbul etmirlər.

Nauert isə deyib ki, Qutadakı döyüşlər şərqi Qutanı “de-eskalasiya” zonası elan etmiş Rusiya danışıqlarının iflasa uğradığını göstərib.

Sözçü bildirib ki, bu de-eskalasiya zonasında əslində döyüşlər səngiməli idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG