Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Trump: 'Doğrudanmı, elə düşünürsüz ki, bizim ölkəmizin heç bir günahı yoxdur?'


Donald Trump Səudiyə Ərəbistanı kralının zəngini gözləyir, Ağ Ev, 29 yanvar 2017

ABŞ prezidenti Donald Trump Fox News televiziyasına müsahibəsində aparıcının Putinlə bağlı suallarını cavablandırıb.

Aparıcı Bill O'Reyli soruşub ki, o, Rusiya prezidentinə “hörmət” edirmi? Trump cavabında deyib: “Bəli edirəm, mən çox adama hörmət edirəm, amma bu o demək deyil ki, onunla razılaşmağa hazıram”. Trump qeyd edib ki, Putin öz ölkəsinin lideridir və buna görə də, ABŞ prezidentinin fikrincə, yaxşısı budur, Rusiya ilə əməkdaşlıq edilsin.

Donald Trump bildirib ki, əgər Rusiya bütün dünyada özünü İslam Dövləti adlandıran yaraqlılarla və “islamçı terroristlərlə” mübarizə aparmağa kömək etsə, “yaxşı işlər” olacaq.

Ancaq jurnalist qeyd edib ki, “Putin qatildir”. Bu replikanın cavabında Trump deyib: “Qatil çoxdur. ABŞ-da da çoxlu qatil var. Doğrudanmı, elə düşünürsüz ki, bizim ölkəmizin heç bir günahı yoxdur?”

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG