ABŞ prezidenti Donald Trump iyunun 7-də Meksika mallarına 5 faizlik gömrük rüsumu tətbiq etmək qərarından imtina edib.
Bu barədə AzadlıqRadiosu Reuters və digər informasiya agentliklərinə istinadla xəbər verir.
Trump administrasiyası Meksikadan qaçqın axınının qarşısını almaq üçün iyunun 10-da belə bir qərar verməyə hazırlaşırdı.
Amma ABŞ prezidenti özünün “Tvitter” səhifəsində ABŞ-la Meksikanın razılğa gəldiklərini yazıb.
Məlumata görə, Meksika hakimiyyəti ABŞ-a cənubdan qaçqın axınını səngitmək üçün ciddi tədbirlər görəcəyini vəd edib.
ABŞ Dövlət Departamentinin məlumatında deyilir ki, Meksiika hökuməti ABŞ-a qanunsuz yollarla qaçqın keçirən təşkilatlarla mübarizə aparmaq üçün, ölkənin cənub sərhədləri vədigər yerlərində milli qvardiyaçılar yerləşdiriləcəyini vəd edib.
Qeyd edək ki, Trump-ın Meksika mallarına rüsumu qaldırmaq planı ABŞ-ın özündə də tənqidlə qarşılanmışdı.
Onların arasında respublikaçı konqresmenlər də var.
Onlar hesab edirlər ki, ABŞ-ın 3-cü böyük ticarət tərəfdaşı olan Meksika mallarına rüsumların qaldırılması ABŞ-ın özündə qiymətərin bahalaşmasına səbəb olacaq.
Bir sıra konqresmenlər isə prezidentin xarici siyasət sahəsindəki problemin həllində ticarət əlaqələrindən bir alət kimi istifadə edə bilməsindən narahatlıq bildirirlər.
Qeyd edək ki, Trump administrasiyası Meksikadan qaçqın axınının qarşısını almaq üçün bu ölkə ilə sərhədə sədd çəkmək qərarına gəlib.