Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:15

Trump: Artıq miqrant qəbul edə bilmirik


Donald Trump Meksika sərhədinə yollanır, 5 aprel 2019
Donald Trump Meksika sərhədinə yollanır, 5 aprel 2019

AB, Prezidenti Donald Trump ölkənin immiqrasiya sisteminin həddən artıq yükləndiyini bəyan edib.

AzadlıqRadiosunun məlumatına görə, o bunu martın 5-də Meksika ilə sərhədin Kaliforniya ştatından keçən hissəsinə baş çəkərkən deyib.

“Biz artıq sizi qəbul edə bilmirik. İstər sığınacaq almaq üçün müraciət olsun, istərsə də başqa şey. Bu qanunsuz immiqrasiyadır”, Trump vurğulayıb.

Donald Trupm Meksika sərhədinə, orda aparılan tikinti işləri və təhlükəsizliyin necə təmin edilməsi ilə tanış olmaq üçün gedibmiş.

Qeyd edək ki, sərhədə divar çəkilməsi Trump-ın seçkiqabağı əsas vədlərindən biri idi.

Amma sonradan o bu divarı, xüsusi sədlərlə əvəz etmək qərarına gəldi.

ABŞ prezidenti hesab edir ki, Birləşmiş Ştatlarda sığınacaq axtaranların çoxu qanunsuz cinayətkar qrupların üzvləridirlər.

Onun Meksika ilə sərhədə divar çəkmək planı Nümayəndələr palatası və Senatın özün də də tənqidlərlə qarşılandı və Konqres bu məqsəd üçün nəzərdə tutulan vəsaiti ayırmaqdan imtina elədi.

Buna da bax: Trump cənub sərhədini bağlamaq təhdidindən geri çəkilir

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG