Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Trump yenə İranı suçladı


22 may 2017

ABŞ prezidenti Donald Trump İranı terrorçuları maliyyələşdirməsini dayandırmağa çağırıb. Ağ Evin rəhbəri belə bir bəyanatı mayın 22-də Yerusəlimdə İsrail prezidenti Reuven Rivlin-lə görüşdə səsləndirib.

Trump deyib ki, ABŞ və İsrail İranın nüvə silahını inkişaf etdirməsinə qarşı “sözü bir yerə qoymağa” hazırdır. O həmçinin iddia edib ki, Tehran “terrorçuları” silahlandırır və onlara təlim keçir.

Bundan öncə, İran hakimiyyəti Vaşinqtonu «iranofobiya» yaymaqda suçlayıb.

İsrailə getməzdən öncə, Trump Səudiyyə Ərəbistanındaərəb ölkələri liderləri ilə görüşüb. O, Ər-Riyada dəyəri 100 milyard dollardan çox silah satmaqla bağlı müqaviləyə imza atıb. Səudiyyə Ərəbistanla imzalanmış müqavilələrin ümumi dəyəri 380 milyard dollar çərçivəsində olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG