Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:00

Trump İran sanksiyalarının ləğvinin bir daha araşdırılmasını istəyir


ABŞ prezidenti Donald Trump İranın üzərindən sanksiyaların qaldırılmasının Birləşmiş Ştatların təhlükəsizlik maraqlarına uyğunluğu məsələsinin 90 gün ərazində agentliklərarası təhqiqatla araşdırılmasına sərəncam verib.

İran üzərindən sanksiyalar Tehran və dünya gücləri arasında əldə olunmuş nüvə razılaşması əsasında qaldırılıb.

Aprelin 19-da verilmiş prezident sərəncamından bir gün əvvəl ABŞ Dövlət Departamenti Konqresə İranın 2015-ci ildə əldə olunmuş sazişin şərtlərinə əməl etdiyi barədə bildiriş təqdim etmişdi.

Dövlət Departamenti bunu da bəyan etmişdi ki, Tehranın sanksiyalardan azad edilməsi müddəti uzadılıb.

Bu o deməkdir ki, agentliklərarası təhqiqatın nəticəsi prezidentə təqdim olunanadək Tehranın sanksiyalardan azadlığı davam edəcək.

Ağ Evin sözçüsü Sean Spicer aprelin 19-da jurnalistlərə bildirib ki, Trump “hazırkı sazişın nəzərdən keçirilməsinə sərəncam verməklə lazımi addımı atıb”.

AzadlıqRadiosu yazır ki, İranın sazişin şərtlərinə əməl edib-etməməsi barədə məlumatlar ABŞ Konqresinə hər 90 gündən bir təqdim olunmalıdır. Aprelin 18-də verilmiş bildiriş Trump-ın prezidentliyi dövründə ilk belə sənəddir.

Bundan bir qədər əvvəl, aprelin 19-da Səudiyyədə səfərdə olan ABŞ müdafiə naziri Jim Mattis demişdi ki, İran Yaxın Şərqdə sabitsizləşdirici rol oynayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG