Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 07:02

Trump əleyhinə aksiyalarda bir nəfər vurulub


Trump əleyhinə aksiya

ABŞ-da keçirilmiş prezident seçkilərində respublikaçıların namizədi Donald Trumpın qələbəsindən sonra etiraz aksiyaları artıq üçüncü gündür ki davam edir.

Reutres agentliyi-nin xəbərinə görə, Oregon ştatının Portland şəhərində bir nəfər etirazçı vurularaq yaralanıb.

Xəbərdə adı açıqlanmayan etirazçının gecə vaxtı Morrison körpüsündə vurulduğu bildirilir. Həmin şəxsin hansı şəraitdə və kim tərəfindən vurulması haqda hələlik məlumat verilmir.

Portlanddən başqa Los Angeles, Miami ve New York şəhərlərində də Trump əleyhinə etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG