Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Trump İŞİD-in nəzarətində ərazi qalmadığını deyir


ABŞ prezidenti Donald Trump Bağuz şəhərində döyüşlərin davam etməsi barədə xəbərlərə baxmayaraq deyib ki, Suriyada İslam Dövləti ekstremist təşkilatının nəzarətindəki ərazi ləğv olunub.

Trump martın 22-də deyib ki, bu regionda İD “elə indilərdə” nəzarətindəki son əraziləri də itirib.

O özünün prezidentliyi dövründə cihadçıların ərazi itkilərinin miqyasını nümayiş etdirmək üçün jurnalistlərə “əvvəl və sonra” xəritəsini göstərib.

Bundan bir qədər əvvəl Trump-ın sözçüsü xanım Sarah Sanders demişdi ki, “Suriyadakı xilafət ərazi baxımından ləğv olunub”.

Sanders müxbirlərin “İD öz ərazisinin 100 faizini itiribmi” sualına “bəli” cavabını verib.

Qadınlar və uşaqlar Bağuz qəsəbəsini tərk etməyə çalışırlar
Qadınlar və uşaqlar Bağuz qəsəbəsini tərk etməyə çalışırlar

Lakin ABŞ tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələrinin (SDQ) sözçüsü Mustafa Bali deyib ki, Ağ Evin əminedici bəyanatlarına baxmayaraq döyüşlər davam edir:

"Hazırda Bağuzda İD-in qalıqlarının ləğvi uğrunda ağır döyüşlər davam edir”.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya hava zərbələri və xüsusi birləşmələrlə SDQ-yə 2015-ci ildən bəri İŞİD qüvvələrini Suriyanın şimal-şərqindəki böyük ərazilərdən, habelə Fərat çayı hövzəsindən çıxarmaqda kömək edib.

SDQ-nin sözçüsü Kino Gabriel martın 22-də deyib ki, İŞİD döyüşçüləri, onların qadınları və uşaqları Bağuz yaxınlığındakı mağaralarda gizlənməkdə davam edirlər.

Bağuzun alınması ilə İslam Dövləti ekstremist təşkilatının İraq və Suriyada elan etmiş olduğu qondarma xilafətə faktiki olaraq son qoyulacaq.

Bu arada Suriyanın BMT-dəki səfiri Bashar Jaafari deyib ki, Suriyada İD-in varlığına hələki son qoyulmayıb.

Bəzi İD döyüşçüləri Suriyanın mərkəzi hissəsindəki səhrada gizləniblər. Lakin bu ərazi tamamilə Suriya qoşunlarının mühasirəsindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG