Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:44

İŞİD zəifləyib, amma sonuna hələ var


İŞİD Suriyanın Bağuz kəndində mühasirədədir
İŞİD Suriyanın Bağuz kəndində mühasirədədir

ABŞ ordusu beş ildir ki, İraq və Suriyada xilafət qurmuş İslam Dövləti qruplaşmasının məhvinə çalışır. Bu müddət ərzində ABŞ-da iki prezident dəyişib, 100 mindən çox bomba atılıb, saysız dinc sakin öldürülüb. “The Associated Press” agentliyinin milli təhlükəsizlik üzrə yazarı Robert Burns qruplaşmanın zəiflədildiyini, di gəl, məhvinə hələ qaldığını vurğulayır.

Prezident Donald Trump bu həftə İŞİD-in artıq Suriya ərazisində məhvinin yaxınlaşdığını iddia edib. Müəllif isə bu proqnozun vaxtın əvvəl verildiyini yazır.

Tarix bir bələdçidirsə, İŞİD-in əlindən ərazilərin alınması qısamüddətli qələbəyə çevrilə bilər. Bunun belə olmaması üçün İraqla Suriya ilk növbədə ekstremist hərəkatın baş qaldırmasına yol açan problem yoluna qoymalıdır: hökumətlər bir etnik, yaxud məzhəb qrupunu digərinə qarşı qoymamalıdır”, – məqalədə deyilir.

Suriyada ərəb döyüşçülər təlim keçir
Suriyada ərəb döyüşçülər təlim keçir

OXŞAR SSENARİ VƏ XƏBƏRDARLIQ

ABŞ ordusu əvvəl də bu ssenarini yaşayıb. 2001-ci ildə, Nyu York və Vaşinqtonda 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlar Əfqanıstanı işğal edib, bir neçə həftəyə hakim Taliban rejimini devirib və Hamid Karzai-ni ölkə başçısı təyin edib. Sanki müharibə qurtardı. Amma Vaşinqton diqqətini İraqda Saddam Hussein-ə yönəltdikcə, Taliban yenidən qruplaşdı və artıq 2009-cu ildə Kabildəki ABŞ komandiri artıq müharibədə pat vəziyyəti yarandığını bildirdi. ABŞ ordusu hələ də Əfqanıstandadır və sülh perspektivləri də qeyri-müəyyən görünür.

İraqda da oxşar təcrübə yarandı. 2011-ci ilədək ABŞ ordusu səkkiz illik müharibədən sonra sünni yaraqlıları fəth etmiş kimi görünürdü. Amerikan qüvvələr gedincə məzhəblərarası gərginlik yenidən baş qaldırdı, Suriyada mənzillənən İŞİD 2014-cü ildə İraqda böyük ərazilər ələ keçirdi”, – müəllif yazır.

İraqdakı ABŞ əsgərləri
İraqdakı ABŞ əsgərləri

Məqalədə qeyd edilir ki, hazırda əsas problem hər iki ölkədə rəqib daxili qruplar arasında barışığa nail olmaqdır.

Kolumbiya Universitetinin professoru Stephen Biddle hesab edir ki, İŞİD-in İraq və Suriyada bir təhdid olaraq qalmaq şansı güclüdür.

Müharibə Araşdırmaları İnstitutunun yeni təhlilində də deyilir ki, İŞİD İraqın şimalında üsyançı şəbəkələri bərpa edir və İraq hökuməti üzərinə yeni hücumlar planlaşdırır.

“ABŞ və tərəfdaşları Bağdaddakı hazırkı nisbi təhlükəsizliyi İŞİD-in məğlubiyyətinin təsdiqi hesab etməməlidirlər”, – qurumun təhlilçisi Brandon Wallace yazır.

Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi əməliyyatlarına nəzarət edən General Joseph Votel isə bu ayın əvvəlində Konqresdə çıxışında İraq və Suriyada ekstremizmi “daim törənən problem” adlandırıb.

XS
SM
MD
LG