Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 20:30

Tramp deyir, 'Biz qazandıq', amma savaş davam edəcək

Donald Tramp Kentukidə seçki tədbirində
Donald Tramp Kentukidə seçki tədbirində

ABŞ prezidenti Donald Tramp ölkəsinin İrana qarşı müharibəni qazandığını deyir, amma iş bitənəcən qüvvələrinin hücumu davam etdirəcəyini də bildirir. Bu arada Tehran Hörmüz boğazında gəmilərə zərbələri davam etdirmək vədi verib.

"Qazandığınızı çox tez deməyi sevmirsiz. Biz qazandıq", – Tramp martın 11-də Kentukidə seçki mitinqinə bənzər tədbirdə deyib.

"İlk saatda hər şey bitmişdi", – o əlavə edib.

Son günlər Trampdan və Ağ evdən müharibənin dörd həftədən altı həftəyədək, yaxud daha çox çəkəcəyi, yaxud "tezliklə" bitəcəyi barədə şərhlər gəlib.

Tramp deyib ki, ABŞ və İsrailin fevralın 28-də İrana başlatdığı hücum ölkəni "faktiki dağıdıb", rəhbərliyinin böyük hissəsini, silahlı qüvvələrini və nüvə proqramını sıradan çıxarıb.

Ancaq o, hücumların dayanmayacağını da əlavə edib.

"Tez çıxmaq istəmirik, elə deyilmi? Bu işi başa çatdırmalıyıq", – Tramp vurğulayıb.

İranın yeni rəhbəri əslində kimdir...
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Yeni ali liderin taleyi

Bu arada İran rəsmiləri yeni ali lider Müctəba Xameneinin səhhəti ilə bağlı şayiələri səngitməyə çalışırlar. Onun atasının və digər ailə üzvlərinin həlak olduğu hava zərbələrində yaralandığını deyiblər.

M.Xamenei martın 8-də yeni ali lider elan edilib. Atası Əli Xamenei isə fevralın 28-də qətlə yetirilib.

56 yaşlı M.Xamenei İrana zərbələr başlayandan ictimaiyyət arasında görünməyib, hər hansı ictimai bəyanat verməyib. Bu isə onun hücumlarda ölməsi, yaxud ciddi xəsarət almasına dair spekulyasiyaya yol açıb.

XS
SM
MD
LG