Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:48

"Oyuncaq əhvalatları": dünyanın müxtəlif ölkələrində uşaqlar və oyuncaqları

İtaliyalı fotoqraf Gabriele Galimberti bildirir ki, günün birində qərara gəlib ki, bundan sonra hansı ölkəyə getsə, uşaqları oyuncaqları ilə birgə çəksin. Beləliklə də "Oyuncaq əhvalatları" meydana gəlib. Fotoqraf deyir ki, uşaqları oyuncaqları ilə çəkməyə razı salmağa bəzən saatlarla vaxtı gedib.
O, "The Times Magazine"-ə bildirir ki, oyuncaqlar valideynlərlə yanaşı, uşaqların da xarakterindən xəbər verir. Məsələn, o xatırlayır ki, Latviyada bir taksi sürücüsü öz oğluna bər-bəzəkli maşın oyuncaqlar alıbmış. İtaliyadan olan fermer dostu isə qızına plastik bağ alətləri almağı xoşlayırmış.
Fotoqraf şəkilləri çəkərkən bəzi yeni şeylər də öyrəndiyini deyir. Məsələn, onun fikrincə, adətən kasıb uşaqlar daha mehriban, dostcanlı olur: "Mənim üçün süpriz o idi ki, kasıb ölkələrdə uşaqlar daha comərd, oyuncaqlarını paylaşmaqda əliaçıq idilər." - deyə fotoqraf bildirir.
Galimberti-nin fotoları ilə daha ətraflı özünün saytında tanış ola bilərsiz. here.

-- Grant Podelco

Davamı

Bölmələr

XS
SM
MD
LG