Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Britaniyanın baş naziri etimad səsverməsindən qalib çıxdı


Theresa May müxalifət lideri Jeremy Corbyn-in çıxışını dinləyərkən
Theresa May müxalifət lideri Jeremy Corbyn-in çıxışını dinləyərkən

Britaniyanın baş naziri Theresa May müxalifət lideri Jeremy Corbyn-in hökuməti “yıxmaq” cəhdinə üstün gəlib. Baş nazirə etimad səsverməsini Theresa May-ın Brexit planı parlamentdə böyük səs çoxluğu ilə rədd edildikdən sonra məhz leyboristlərin lideri tələb etmişdi.

The Independent yazır ki, Britaniyanın Avropa İttifaqından ayrılması sazişinin layihəsi parlamentdən keçməsə də, baş nazirin özü etimad səsverməsindən 325 leyhinə, 306 əleyhinə olmaqla qalib çıxa bilib.

Bu ona görə baş verib ki, parlamentdə May-in planı əleyhinə səs verənlərin əksəriyyəti baş nazirin özünü dəstəkləyib.

May-in Brexit planının yanvarın 15-də 432-202 səs fərqilə rədd edilməsi bir çoxları üçün sürpriz olub.

Bəziləri bunu müasir tarixdə hökumətin İcmalar Palatasında ən böyük məğlubiyyəti hesab edirlər.

Müxalif leyboristlərin lideri Jeremy Corbyn deyib ki, belə bir dağıdıcı məğlubiyyətdən sonra bundan əvvəlki hər hansı baş nazir dərhal istefa verərdi.

Etimad səsverməsindən sonra baş nazir Theresa May deyib ki, o İcmalar Palatasının hökumətə etimad ifadə etməsindən məmnundur:

“Mən bu etimada yüngül baxmıram və mənim hökumətim firavanlığımızı artırmaq, təhlükəsizlyimizə təminat vermək və ittifaqımızı möhkəmləndirmək yolunda fəaliyyətini davam etdirəcək”.

Baş nazir habelə Avropa İttifaqından nizamlı çıxış uğrunda mübarizəni davam etdirəcəyini bildirib.

O müxalifətdən olan millət vəkillərini yanvarın 16-dan başlayaraq fərdi müzakirələrə dəvət edib.

Etimad debatları zamanı Şotlandiya Millətçi Partiyasının lideri Ian Blackford deyib ki, “baş nazir öz partiyasındakı sağ təmayüllü breksitçilərin əsirinə çevrilib”.

Şotlandiya millətçilərinin lideri deyib ki, “indiki baş nazir parlament çoxluğunu yalnız yuxusunda görə bilər”.

Buna baxmayaraq bir çox müşahidəçilər bu qənaətdədirlər ki, bundan sonra müxalif leyboristlərin lideri Jeremy Corbyn ölkənin Avropa İttifaqından ayrılması barədə təkrar referendumun keçirilməsini istəyən partiyadaşlarının güclü təzyiqi altına düşəcək.

Beləliklə ölkənin Avropa İttifaqından ayrılması məsələsi ətrafında qeyri-müəyyənlik daha da artıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG